Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Autentifikasiya vasitələri

Elektron hökumət portalından istifadə üçün təklif olunan autentifikasiya vasitələri.



NRYTN tərəfindən verilən e-imza kartı ilə daxil olmaq - bu bölmədə fiziki və hüquqi şəxslər NRYTN tərəfindən onlara təqdim edilən e-imza sertifikatları vasitəsilə autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər.

 

Asan imza ilə daxilolma - “Elektron hökumət” portalına giriş üçün artıq beşinci vasitə də hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Bu “Asan imza ilə daxilolma” adlanır. İstifadəçi Vergilər Nazirliyinin sertifikat xidmətləri mərkəzi tərəfindən verilən asan imza ilə daxil olmaq üçün, portala giriş bölməsində, "asan imza ilə daxilolma" menyusuna daxil olmalı və mütləq təqdim olunan hər üç bəndi doldurmalıdır: İstifadəçinin mobil nömrəsini, istifadəçi ID-ni və şəkildə göstərilən təhlükəsizlik kodunu. Daha sonra aşağıda asan imza ilə giriş düyməsini basmalıdır.  Bu zaman onun telefonuna pin kod göndərilir və əgər pin kod doğrudursa, istifadəçi telefonunda ok düyməsini basır və onun şəxsiyyəti autentifikasiya olunur. Əgər istifadəçinin kimliyi doğrudursa, o, portala daxil olaraq, istədiyi elektron xidmətdən yararlana bilir.
Əlavə məlumat üçün: http://www.asanimza.az

 

Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq - bu bölmədə fiziki və hüquqi şəxslər, o cümlədən dövlət qulluqçuları "elektron hökumət" sistemi tərəfindən onlara təqdim edilən kod vasitəsilə autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər.


 

Mobil autentifikasiya sertifikatı ilə daxil olmaq  – bu bölmədə yalnız mobil imza sertifikatlarının sahibləri autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər (smartfon və planşetlər üçün).

 

Smartfon ilə daxil olmaq – bu bölmədə yalnız mobil imza sertifikatlarının sahibləri smartfon vasitəsilə QR-kodu skan edib autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər. Burada mobil imzası olan smartfon autentifikasiya vasitəsi kimi istifadə olunur.


E-Gov mobil identifikası vasitəsi - “e-gov identity” sistemə giriş üçün vətəndaşın mobil telefon nömrəsi üzrə FİN-i tanıma rolunu oynayır.
Elektron hökumət portalına girişi təmin etmək üçün sadələşdirilmiş autentifikasiya vasitələrindən hər hansı birindən istifadə edərək vətəndaş portala daxil olaraq yaradılmış xidmət vasitəsi ilə “e-identity”yə qoşula bilər.
Bu zaman vətəndaş heç bir fiziki müraciət etmədən elektron formada mobil identifikasiya vasitəsinə qoşula biləcək və daha sonra istər Elektron hökumət portalına, istərdə digər xidmətin inteqrasiya edilən portallara giriş əldə edə biləcək.
Portala daxil olan vətəndaş hazırlanmış interfeysdən istifadə edərək adına olan mobil telefon nömrəsini FİN-ə qoşaraq prosesi tamamlamış olacaq. Bunun üçün SMS vasitəsilə aktivasiya edərək təyin edilmiş identifikasiya kodunu əldə edəcəkdir.
Bundan sonra vətəndaş “e-gov identity”  identifikasiya istifadə edilən bütün sistemlərdən rahat istifadə edə bilər.