Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Ən çox verilən suallar

Elektron hökumət portalı və elektron imza ilə bağlı vətəndaşlar tərəfindən tez-tez verilən suallar və onlara cavab


“E-hökumət” nədir?
“E-hökumət” - vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Burada dövlət xidmətlərinin vətəndaşa ən asan və ən təsirli yolu ilə keyfiyyətli, sürətli, fasiləsiz və etibarlı bir şəkildə çatdırılması nəzərdə tutulur. Bürokratik və klassik dövlət anlayışlarının yerini almağa başlayan “E-hökumət” anlayışı ilə hər təşkilatın və hər fərdin məlumat və kommunikasiya texnologiyaları ilə dövlət təşkilatlarına və təşkilatlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatması nəzərdə tutulur.
Əvvələ qayıt

“E-hökumət” portalı nədir?
“E-hökumət” portalı bütün dövlət qurumlarının xidmətlərinə tək bir nöqtədən giriş imkanını təmin edən bir portaldır. Portalın məqsədi ictimai xidmətlərini vətəndaşlara, müəssisələrə, ictimai təşkilatlara operativ şəkildə təqdim etməkdir. Portal vasitəsilə istifadəçilər ehtiyacları istiqamətindəki məlumat və xidmətlərdən asanlıqla istifadə edə bilərlər.
Əvvələ qayıt

“E-hökumət” po​rtalından istifadə etmək üçün necə qeydiyyatdan keçmək lazımdır?
“Elektron hökumət” portalından istifadə etmək üçün 3 üsul ilə autentifikasiyadan keçmək mümkündür:

  - "Elektron hökumət" sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq və qeydiyyatdan keçmək.
  - RİTN tərəfindən verilmiş elektron imza kartı ilə daxil olmaq.
  - Smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı ilə daxil olmaq.
Əvvələ qayıt

Qurumlara göndərilən sorğulara neçə müddətdən sonra cavab verilir?
Sorğuların cavablandırlıması müddəti ilə bağlı ətraflı məlumat əldə etmək üçün Portalda yerləşdirilən “Elektron xidmətlər reyestri” bölməsinə daxil olub, sorğunun ünvanladığı qurumun inzibati reqlamentinə baxmaq olar. 
Əvvələ qayıt

“Elektron hökumət” portalının gətirdiyi asanlıqla​r nədir?
Qurumlar tərəfindən təqdim olunan xidmətlərə tək bir internet saytı üzərindən daxil olma imkanının təqdim edilməsidir. Həmçinin qurumların xidmətləri ilə əlaqədar doğru və aktual məlumatlara çatma imkanı təmin etməkdədir.
“Elektron hökumət” portalında yerləşdirilən bəzi elektron xidmətlər üçün (vergi, rüsum və s.) ödəniş edilməsi, lazım gəldikdə bu əməliyyatların Portal üzərindən təhlükəsiz şəkildə aparılmasının mümkünlüyü.
Əvvələ qayıt

Elektron xidmətlərdən faydalanmaq üçün ödəniş etmək lazımdırmı?
Elektron xidmətlər (e-xidmətlər) üçün dövlət qurumları tərəfindən hər hansı bir vergi, rüsum ödənilməsi nəzərdə tutulmayıbsa, “Elektron hökumət” portalı üzərindən istifadə ediləcək e-xidmətlər üçün əlavə bir haqq tətbiq olunmur.
Əvvələ qayıt

Kod-parolu haradan ala bilərəm?
Kod-parolu “Elektron hökumət” portalı üzərindən “Qeydiyyat” bölməsinə daxil olaraq, tələb olunan məlumatları daxil etməklə qısa bir zamanda əldə edə bilərsiniz. 2-ci üsul isə yaxınlıqda yerləşən Qeydiyyat Mərkəzlərinə şəxsiyyət vəsiqəsi ilə müraciət edərək kod-parolu ala bilərsiniz.
Əvvələ qayıt

Kod-parolu mənim yerimə başqa şəxs ala bilərmi?
Xeyr. Bu əməliyyat təhlükəsizlik baxımından doğru olmadığından mümkün deyildir.
Əvvələ qayıt

Parolumu necə dəyişdirə bilərəm?
Bu prosesi Portalda yerləşdirilən “Şifrənin dəyişdirilməsi” bölməsi vasitəsilə yerinə yetirə bilərsiniz.
Əvvələ qayıt

Parolu dəyişən zaman nəyə diqqət etmək lazımdır?
Parolu dəyişən zaman diqqət ediləcək məsələ onun sadə olmamasıdır. Məsələn. əlaqə telefonu, doğum tarixi, şəxsiyyət vəsiqəsinin nömrəsi və ya ailə üzvlərindən istənilən şəxsin adının qoyulması məsləhət görülmür.
Əvvələ qayıt

Mövcud parolu olduğu kimi saxlamaq olar?
Bəli saxlamaq olar, lakin təhlükəsizlik baxımından parolların mütəmadi olaraq dəyişdirilməsi və daha etibarlı parollardan istifadə edilməsi məsləhət görülür.
Əvvələ qayıt

Kod-parolu kimlər əldə edə bilər?
Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər.
Əvvələ qayıt

Kod-parolun istifadə müddəti var?
Xeyr. Kod-parolun istifadə müddəti yoxdur.
Əvvələ qayıt

Parolun unudulduğu, oğurlandığı və ya itirildiyi zaman nə etmək lazımdır?
Bu zaman Portalın “Şifrənin bərpası” bölməsinə daxil olub, müvafiq xanalara tələb olunan məlumatları daxil edərək şifrəni dəyişmək lazımdır. 
Əvvələ qayıt

Kod-parol ödəni​şlidir?
Xeyr. Kod-parol üçün ödəniş həyata keçirilmir.
Əvvələ qayıt

Xidmətlərin istifadəsi zamanı problem yarandıqd​a kimə müraciət edilməlidir?
Xidmətlərin istifadəsi zamanı hər hansı problem yaranan zaman 24 saat ərzində fəaliyyət göstərən “157” Zəng Mərkəzinə müraciət edə bilərsiniz.
Əvvələ qayıt

Müəssisə korporativ şəbəkəyə malikdirsə və təhlükəsizliyi təmin etmək məqsədi ilə şəbəkə və sistem infrastrukturunda proksi və faervol proqram təminatı,avadanlığı tətbiq olunursa və imzalama zamanı sertifikat statusunun onlayn yoxlanılması (OCSP), ƏƏSMN-in xidmətindən istifadəsi zamanı və bildirişləri doldurulduqdan sonra .pdf formatında faylın yaranması ilə problem yaşanırsa o zaman nə etmək lazımdır?
Əgər müəssisə korporativ şəbəkəyə malikdirsə və şəbəkə infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün müxtəlif növ proksi, faervol proqram təminatı və avadanlıqlarından istifadə olunursa sertifikat statusunun onlayn yoxlanılması (OCSP), ƏƏSMN-in bildirişləri doldurulduqdan sonra bildirişin .pdf formatında yaranması həyata keçmirsə o zaman sizin şəbəkə infrastrukturunda və proksi sistemində HTTPS, LDAP, WWW protokollarına və ƏƏSMN-xidməti istifadə etmək üçün JAVA proqramında proksi verilən İP ünvan göstərilməlidir. Əgər hər hansı başqa bir səbəb yaranırsa e-imzanın texniki qrupu ilə əlaqə saxlamanızı tövsiyyə edirik.

E-imza üçün :
permit tcp host 188.72.189.26 eq www
permit tcp host 188.72.189.26 eq https
permit tcp host 188.72.189.26 eq ldap
permit tcp host 188.72.189.24 eq https
permit tcp host 188.72.189.24 eq ldap
permit tcp host 188.72.189.24 eq www
permit tcp host 188.72.189.25 eq https
permit tcp host 188.72.189.25 eq ldap
permit tcp host 188.72.189.25 eq www

ƏƏSMN-in xidmətindən istifadə etmək üçün:
188.72.131.38
85.132.122.125
62.212.252.0
Əvvələ qayıt


Elektron imza nədir?
Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.
Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.
Əvvələ qayıt

E-imza sertifikatını haradan ala bilərəm?
Elektron imza sertifikatlarını Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Məntəqlərindən və ya online şəkildə əldə etmək mümkündür.
Əvvələ qayıt


Elektron imza kartını əldə etmək üçün hansı sənədlər tələb olunur?
Elektron imza kartını əldə etmək istəyən hər bir vətəndaş Qeydiyyat Mərkəzlərinə müraciət edən zaman mütləq şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir (sürücülük vəsiqəsi şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul edilmir). Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət qulluqçularından tələb olunan digər sənədlər haqqında bax “Texniki dəstək” menyusunun “Sənədlər” bölməsinə.
Əvvələ qayıt

E-imzanı istifadə etmək üçün nə tələb olunur?
E-imzanı istifadə etmək üçün İnternet-ə çıxış, e-imza sertifikatı və kart oxuyucu tələb olunur.  Elektron imzadan istifadə haqqında ətraflı məlumat əldə etmək üçün bax “Texniki dəstək” menyusunun “Kömək və dəstək” bölməsinə.
Əvvələ qayıt

“Vaxt möhürü”  nə deməkdir?
“Vaxt möhürü” MSXM tərəfindən verilən sertifikatlaşdırılmış təsdiqdir ki, bu sənəd konkret olaraq bu vaxtda imzalanmışdır. Bunun üçün mütləq internetə çıxış olmalıdır. Belə ki, bu proseslər on-line rejimində həyata keçirilməlidir. “Vaxt möhürü” sənəd qüvvəyə malik olsun deyə elektron imzayla birlikdə istifadə olunur.
Əvvələ qayıt

Autentifikasiya nə deməkdir?
Elektron mühitdə istifadəçinin identifikasiyası üçün MSXM tərəfindən verilən autentifikasiya sertifikatının istifadəsi.
Əvvələ qayıt

Xaricdə e-imza sertifikatından istifadə etmək olar?
E-imza sertifikatından xaricdə də istifadə etmək olar.
Əvvələ qayıt

E-imza sertifikatı itdikdə, oğurlandıqda, PIN kod (o cümlədən Puk kod) bloka düşdükdə, itirildikdə və ya unudulduqda nə etmək lazımdır?
Mütləq 24 saat ərzində fəaliyyət göstərən 157” Zəng Mərkəzinə zəng vurmaq lazımdır. Bu zaman Zəng Mərkəzinin operatoru lazımi əməliyyatları yerinə yetirəcək.
Əvvələ qayıt

E-imza sertifikatının PUK kodu var, lakin PIN kod unudulub və ya bloka düşübsə nə etmək lazımdır?
Start (Пуск) > All programs (Все программы) > Charismatics > Smart Security Interface > Smart Security Interface - daxil olaraq, açılan pəncərədə:
- PIN kodu unutmuşam: Change token PIN (Изменить Pin токена) bölməsində, Old PIN (Старый пин) qrafasına - PUK kodu daxil edirik, New PIN (Новый PIN) qrafasında - yeni pini daxil edirik, Repeat PIN (Подтверждение) qrafasında - təkrar yeni PIN daxil edirik və Change PIN (Сменить PIN) düyməsini sıxırıq
- PIN kodu bloka salmışam: Unlock PIN (Разблокировать PIN) bölməsində, SO PIN qrafasına - PUK kodu daxil edirik, New PIN (Новый PIN) qrafasında - yeni pini daxil edirik, Repeat PIN (Подтверждение) qrafasında - təkrar yeni PIN daxil edirik və Unlock PIN (Разблокировать PIN) düyməsini seçirik.
Əvvələ qayıt

E-imza kartından istifadə hüququnu digər şəxsə vermək olarmı?
E-imza kartı konkret şəxsə aid olduğu üçün bu elektron imzanı yalnız həmin şəxs qoya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (PIN kodun) digər şəxsə bildirilməsi təhlükəsizliyin  pozulması hesab edilir.
Əvvələ qayıt

Hazırlanmış sənədə 2 müxtəlif şəxs imza qoya bilərmi?
Bəli mümkündür. Konkret say göstərilmir.
Əvvələ qayıt

Bir şəxs iki e-imza sertifikaına sahib ola bilərmi -biri hüquqi, 2-cisi isə fiziki şəxs kimi?
Bəli mümkündür. Bir şəxs istənilən qədər sertifikata sahib ola bilər.
Əvvələ qayıt

Əgər sənəd müəssisənin müxtəlif əməkdaşları və ya müəssisənin rəhbəri tərəfindən hazırlanırsa, bu sənəd onun kompüterində (və ya bir neçə kompüterdə) imzalana bilərmi?
Bəli, imza üçün proqram təminatına malik olan internetə qoşulan (vaxt möhürü üçün) və kart oxuyucusu ilə təmin edilən istənilən kompüterdə imza qoymaq mümkündür.
Əvvələ qayıt

Bir tərəf sənədi elektron şəkildə digər tərəf isə əl ilə imzaladıqda o, həqiqi hesab edilirmi?
Belə kombinasiya mümkündür. Bu zaman elektron sənədi nomenklaturada rəsmi olaraq qeydiyyata almaq, təsdiqləmək lazımdır. Yalnız bundan sonra sənəd kağız şəklində yaşaya bilər.
Əvvələ qayıt

E-imzanın kart oxuyucusu hansı əməliyyat sistemlərində işləyir?
Windows əməliyyat sistemlərində yoxlanılıb.
Əvvələ qayıt

Nəyə görə sertifikatın fəaliyyət müddəti var?
Sertifikatda minimum olaraq RFC 2459 (Іnternet X.509 Publіc Key Іnfrastructure Certіfіcate and CRL Profіle) sənədi ilə xarakter və həcmi müəyyən edilmiş informasiya olmalıdır. Orada başqa məlumatlar da ola bilər. Məsələn, poçt ünvanı və s. Bir sözlə, sertifikat MSXM-in işləyə biləcəyi istənilən informasiyanı təşkil edə bilər.
Verilən sertifikat üçün fəaliyyət müddəti müəyyən edilir. Məsələn, o, 3 il ərzində həqiqi hesab edilə bilər. Bu müddət bitəndə onun sahibinə yeni sertifikat verilir. Sertifikatın fəaliyyət müddəti onda mövcud olan informasiyadan çox asılıdır. Bu sənəd nə qədər çox informasiya təşkil edirsə, onun faydalı fəaliyyət müddəti də bir o qədər az olur. Bu onunla əlaqədardır ki, informasiya dəyişə bilər və onun sahibinə köhnə sertifikatın fəaliyyət müddəti bitənə qədər yenisini vermək lazım gələcəkdir. Bundan əlavə sertifikatda olan istənilən informasiya ümumaçıq olur. Beləliklə, aydın olur ki, sertifikata mümkün olduqca az informasiya daxil etmək lazımdır. Sertifikatın ləğv edilməsi sertifikatlaşdırma prosesinin tərkib hissəsi hesab edilir. Sertifikatın müddəti bitənə qədər onun ləğv edilməsi üçün bir çox səbəblər mövcuddur. Məsələn, onun sahibi iş yerini dəyişmiş və ya elektron imzasını itirmişdir. Belə hallarda sertifikatı təcili olaraq ləğv etmək lazımdır. Əsas məqsəd onu təsadüfi istifadədən və ya pisniyyətlilərdən qorumaqdan ibarətdir.
Əvvələ qayıt

İki açar nəyə görə vacibdir?
Simmetrik açarla şifrələməkdən fərqli olaraq informasiyanın şifrələnməsi və deşifrələnməsi üçün asimmetrik sistemlərdə biri digərindən alınması mümkün olmayan iki müxtəlif açardan istifadə olunur. Açarlardan biri şifrələmə digəri isə deşifrələmə üçün istifadə olunur. Açıq açar ilə sistemin fəaliyyət prinsipi gizli yol ilə birtərəfli funksiyaların tətbiqinə əsaslanır.
Açarların generasiyası özündə açarı saxlayan sistem istifadəçisi tərəfindən həyata keçirilir. Bu açar gələcəkdə informasiyanın deşifrələnməsi (gizli açar) üçün istifadə olunacaq, informasiyanın şifrələnməsi üçün tətbiq olunan digər açar isə (açıq açar) bu açarın vacib olduğu hər kəs tərəfindən istifadə edilir. Bu açar informasiyanın deşifrlənməsi üçün istifadə oluna bilmədiyindən onun yayılmasını məhdudlaşdırmağın heç bir mənası yoxdir.
İnformasiyanı alan şəxsin açıq açarın köməyilə sistemin digər istifadəçiləri vacib olan informasiyanı şifrələyə bilərlər və informasiyanı alan şəxsdən başqa heç kəs məzmunu deşifrələyə bilməz. Belə ki, bunun üçün vacib olan gizli açar yalnız informasiyanı alan şəxsin ixtiyarındadır.
Öz növbəsində açıq açarla alqoritmlər açarların məxfiliyinin daha yüksək səviyyəsini təmin edirlər. Belə ki, informasiyanı alanın gizli açarı onun şəxsi informasiya arxivini heç bir zaman tərk etmir. Bununla əlaqədar olaraq təcrübədə fərdi informasiyanın şifrələnməsi zamanı simmetrik açarla alqoritmlər, yayılan informasiyanın şifrələnməsi zamanı isə hər iki alqoritmin kombinasiyası istifadə olunur.
Şifrələmədən fərqli olaraq elektron imzanın asimmetrik sistemləri imzanın formalaşdırılması üçün gizli açara, onun yoxlanılması üçün isə açıq açara əsaslanırlar. Beləliklə, imza müəllifi öz açarını gizli saxlayır və heç kəs onun əvəzinə elektron sənədi imzalaya bilməz. Bununla bərabər kimsə açıq açarın köməyilə bu imzanın və onun müəllifliyinin həqiqiliyinə əmin ola bilər.
Əvvələ qayıt

Bu səhifə ilə bağlı fikirlərinizi, irad, təklif və şikayətlərinizi “Bizimlə əlaqə” bölməsi vasitəsilə çatdıra bilərsiniz.