Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Daha bir bank "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" e-xidmətindən istifadəyə başladı

2921
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Bu gündən etibarən "Bank Respublika” nın müştəriləri də "Elektron Hökumət" portalının təqdim etdiyi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətindən istifadə edə biləcəklər.

Elektron arayış dövlət orqanlarının və təşkilatlarının elektron informasiya ehtiyyatları əsasında formalaşan elektron sənəddir. Hal-hazırda arayışda 7 dövlət qurumunun məlumatları əks olunur. Xidmətdən yararlanmaq üçün müştəri "Elektron hökumət”in internet səhifəsində (www.e-gov.az) "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidmətinə daxil olub arayışı yaradaraq "Kredit ərizəsi üçün məlumatın göndərilməsi” bölməsində "Bank Respublika” nı seçməklə arayışı onlayn rejimdə banka göndərməlidir. Həmçinin vətandaşlar bankın baş ofisində quraşdırılmış kompüterlər vasitəsilə də "Elektron hökumət” portalına daxil olub arayışı rəsmiləşdirərək banka təqdim edə bilərlər. Qeyd edək ki, "Elektron hökumət” portalına sadələşdirilmiş kod-parollardan, elektron imza sertifikatından, "ASAN İmza” və portal tərəfindən təklif olunan digər identifikasiya vasitələri ilə daxil olmaq mümkündür.

"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" elektron xidmətinin aşağıdakı üstünlükləri vardır:

- Günün istənilən vaxtında bankın xidmətindən yararlanmaq üçün müraciətin göndərilməsi imkanı;

- Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;

- İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin aradan qaldırılması.

Qeyd edək ki, "Elektron Hökumət" portalı tərəfindən təqdim edilən "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" e-xidmətindən yararlanan bankların sayı artıq 5-dir və bu xidmətdən yararlanmaq istəyən bankların sayı artmaqdadır.