Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Bu gün Bakı Ekspo Mərkəzində "EGOV 3.0: İnkişaf Meyilləri və Yeni İmkanlar" mövzusunda Beynəlxalq Forum öz işinə başlamışdır

1957
Mətni çap edin Mətni kopyala t1 t0 t2

3 dekabr 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, BMT-nin İnkişaf Proqramı və Microsoft korporasiyasının dəstəyi iləBakı Ekspo Mərkəzində"EGOV 3.0: İnkişaf Meyilləri və Yeni İmkanlar”mövzusunda Beynəlxalq Forum öz işinə başlamışdır.

Tədbirin əsas məqsədi "Elektron hökumət”, "Elektron idarəçilik” sahəsi üzrə təcrübə və fikir mübadiləsinin aparılması, innovativ yanaşmaların və qarşıya çıxan problemlərin praktiki həlli yollarının araşdırılması, gələcək inkişaf meyillərinin müzakirəsi və bu sahədə beynəlxalq təcrübədən faydalanmaqdan ibarətdir.

Qeyd edək ki, "Elektron hökumət" quruculuğunun bu mərhələsini "Açıq Hökumət Məlumatları" başlığı altında ifadə etmək mümkündür. Bu mərhələ "Elektron Hökumət" quruculuğu üzrə beynəlxalq İKT sahələrinin praktikadan keçirdiyi yeni mərhələdir və "Hökumət Məlumatlarının" açıq şəkildə istifadəyə verilmə mərhələsidir. Bu mərhələ "OPEN GOVERNMENT DATA"-"AÇIQ HÖKUMƏT MƏLUMATLARI" kimi tanınır.