Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda "Elektron dövlət quruculuğu problemləri" I Respublika elmi-praktiki Konfransı öz işinə başlayıb

2420
Mətni çap edin Mətni kopyala t1 t0 t2

04.12.2014-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda "Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki Konfransı öz işinə başlayıb. Konfransda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu, Bakı Dövlət Universiteti və Azərbaycan İnternet Forumu təmsil olunmuşdur.

Tədbiri giriş sözü ilə AMEA-nın Prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycanda "Elektron Hökumət” quruculuğundan, bu sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda görülməli işlərdən danışdı. O eyni zamanda dekabrın 2-də öz işinə başlamış 20-ci "Bakutel” sərgisinin əhəmiyyətini vurğuladı və bu konfransın da Bakutel günlərində təşkil olunmasının təsadüfi olmadığını qeyd etdi. Akademik Akif Əlizadə AMEA-nın "Elektron Hökumət”, "Elektron İdarəetmə”, "Elektron elm” istiqamətlərində apardığı elmi tədqiqatlar barədə məlumat verdi və bu işlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Təhsil Nazirliyinin daima onlara hər cür dəstək göstərdiklərini qeyd etdərək və öz təşəkkürünü bildirdi.

Sonra Rabitə və Yüksək Texnologiyalar Naziri akademik Əli Abbasov çıxış edərək Azərbaycanda "Elektron Hökumət” quruculuğu istiqamətində görülmüş işlərdən danışdı və qeyd etdi ki, keçən qısa müddət ərzində bu sahədə önəmli işlər həyata keçirilmiş, elektron hökumətin infrastrukturu yaradılmış, 43 dövlət qurumu üzrə 388 elektron xidmət "Elektron Hökumət” portalına inteqrasiya edilərək vətəndaşların istifadəsinə verilmişdir. "Elektron Hökumət” portalının istifadəçilərinin sayı artıq 1 milyonu, e-xidmətlərdən istifadə sayı isə 5,8 milyonu keçmişdir. Bu rəqəmlər artıq vətəndaşların portala nə qədər önəm verdiklərinin əyani göstəricisidr. Eyni zamanda nazir qarşıda bir sıra görülməli vacib işlərin olduğunu qeyd etdi və "Elektron Hökumət” quruculuğunda 3-cü mərhələ olan "E-gov.3” barədə konfrans iştirakçılarına məlumat verdi."Elektron hökumət" quruculuğunun bu mərhələsini "Açıq Hökumət Məlumatları" başlığı altında ifadə etmək mümkündür və bu mərhələ "Elektron Hökumət" quruculuğu üzrə beynəlxalq İKT sahələrinin praktikadan keçirdiyi yeni mərhələdir.

Nazir "Elektron Hökumət" quruculuğu sahəsində AMEA-nın, xüsusilə İnformasiya Texnologiyaları İnstitutunun apardığı elmi-tədqiqat işlərinə böyük əhəmiyyət verildiyini və elmi-tədqiqat işlərinin nəticələrinin praktikaya tətbiq olunduğuni qeyd etdi. Nazir yeni yaradılmış "Distant Təhsil Mərkəzi”nın əhəmiyyətini xüsusilə qeyd etdi və bu mərkəzin gələcəkdə elmi araşdırmalara öz töhfəsini verəcəyindən əmin olduğunu bildirdi. Sonra nazir qeyd etdi ki, gələcəkdə də RYTN ilə İnformasiya Texnologiyaları İnstitutu arasında sıx əməkdaşlıq davam etdiriləcək və müasir elmi araşdırmaların aparılması üçün RYTN tərəfindən hər cürə dəstək göstəriləcəkdir.

Sonra Təhsil Naziri Mikayıl Cabbarov çıxış edərək Təhsil Nazirliyinin "Elektron Hökumət" istiqamətində aparılanişləri daima diqqət mərkəzində saxladığını bildirdi. O, Təhsil Nazirliyionin e-xidmətlərinin portala inteqrasiya edildiyini və gələcəkdə də bu məsələlərin diqqətdə saxlanılacağını qeyd etdi. Nazir elektron təhsil, distant təhsil, elektron dərsliklər, onların əhəmiyyəti barədə məlumat verdi və bu sahədə mövcud problemləri qeyd etdi.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev çıxış edərək elektron hökumət, elektron xidmətlər, elektron dərsliklər, distant təhsil, elektron elm və s. barədə fikirlərini konfrans iştirakçılarına çatdırdı.

Konfrans digər iştirakçıların çıxışları və müzakirələrlə öz işini davam etdirdi.