Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinin peşə bayramı qeyd olunur

2456
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib.
Ölkəmizdə rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçib. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşıb.1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə Teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik yeni Teleqüllənin layihəsi təsdiq edilib və 1981-ci ildə obyektin tikintisinə başlanıb. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən yeni Teleqüllənin istismara verilməsi ləngidilsə də, Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqın istifadəsinə verilib.
Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra digər sahələr kimi Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başladı, ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənirdi, Azərbaycanın internet seqmenti genişlənirdi.
Son illər ərzində Azərbaycanda informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. İKT sahəsi üzrə gəlirlərin artım tempi dünya üzrə artım tempini bir neçə dəfə üstələyir. Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkişafı ümummilli liderin siyasi kursunu davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunub. Dövlət başçısı çıxışlarında İKT sektorunun inkişafının zəruriliyini, eləcə də prioritetliyini və bilik iqtisadiyyatının yaradılmasındakı rolunu dəfələrlə qeyd edib.
Məlumat Hesablama Mərkəzinin kollektivi 
də əldə olunan nailiyyətlərə öz töhfəsini vermək üçün durmadan çalışr və son illərdə bir sıra mühüm uğurlara imza atılmışdır. Son 10 ildə AzDataCom şəbəkəsinin yaradılması və idarə olunması, Milli Sertifikat Xidmətləri Mərkəzinin yaradılması, "Elektron Hökumət” portalı infrastrukturunun yaradılması və və inkişaf etdirilməsi, elektron xidmətlərin portala inteqrasiyası, Mobil Cihazların Qeydiyyat Sisteminin istismara verilməsi, sellülar (mobil) nömrə daşınması xidmətinin hazırlanaraq iştismara verilməsi və sair kimi önəmli layihələr həyata keçirilmişdir.
Bütün bunlar göstərir ki, ölkə başçısının diqqət və qayğısı ilə rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri İKT sektorunun inkişafı, vətəndaşlarımızın hər bir sahədə informasiya texnologiyalarının imkanlarından bəhrələnməsi, sürətlə inkişaf edən rəqəmsal əsrdə ən qabaqcıl xidmətlərin təqdim olunması istiqamətində əllərindən gələni əsirgəmirlər.