Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

MHM-in əməkdaşları "AccessBank" QSC-nin inzibati binasında təşkil olunmuş seminarlarda iştirak etmişlər

1925
Mətni çap edin Mətni kopyala t1 t0 t2

4-5 dekabr 2014-cü il tarixlərində MHM-in əməkdaşları "AccessBank” QSC-nin inzibati binasında təşkil olunmuş seminarlarda iştirak etmişlər.

Seminarlarda "AccessBank”ın Bakı şəhəri və regionlar üzrə filial və şöbələrində əhaliyə xidmət göstərən əməkdaşlarına "Elektron hökumət”in əhəmiyyəti, yaranma tarixi, fəaliyyəti, elektron xidmətlər, inkişaf perspektivləri və qarşıda duran məqsədlər haqqında ümumi məlumat verilmişdir. Eyni zamanda, "Elektron hökumət” portalı üzərindən bank müştərilərinə təqdim edilən elektron arayışların əldə edilməsi qaydaları izah edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, rahat və ödənişsiz əldə olunan elektron arayışlar vətəndaşlarımızın bu sahədə mövcud tələbatını təmin edir. Həm də bu xidmətdən razı olan təkcə vətəndaşlar deyil, həm də banklardır.

Artıq Bank of Baku, Unibank, AccessBank, MuğanBank və Bank Respublika "Elektron hökumət” portalına qoşulmuşlar və elektron arayışlardan istifadə edirlər. Digər bankların da yaxın zamanda portala qoşulmaları planlaşdırılır.