Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Qətərin Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "ITU Telecom World 2014" sərgi-konfransı öz işinə başladı

1897
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Qətərin Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "ITU Telecom World 2014” sərgi-konfransının açılış mərasimi keçirildi.

Tədbiri "Ooredoo Group”un Direktorlar şurasının sədri Şeyx Abdullah bin Məhəmməd bin Səud Al Tani, Qətərin Baş naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Al Tani, İnformasiya və kommunikasiya texnologiyaları naziri Hessa Sultan Əl-Cabir, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture açıq elan ediblər.

Tədbirdə bir çox ölkələrin nümayəndə heyətləri iştirak edirlər. Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun başçılığı etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir. Azərbaycan və 40-a yaxın yerli şirkətin pavilyonları yerləşdirilən foyedə müxtəlif informasiya-telekommunikasiya vasitələri öz xidmətlərini nümayiş etdiriblər.

Açılış mərasimindən sonra sərgidə iştirak edən çoxsaylı ölkələrin stendlərinə baxış keçirilib. BTİ-nin, Qətərin və müxtəlif ölkələrin rəhbərləri Azərbaycan stendi ilə tanış olublar. Nazir Əli Abbasov Azərbaycanda İKT sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. Sərginin açılış mərasimindən sonra müxtəlif mövzularda forumlar, diskusiyalar və panellərdə müzakirələr başlanıb. Sərgi çərçivəsində keçirilən bir sıra tədbirlərdə nazir Əli Abbasovun çıxışları olub. Dekabrın 10-dək davam edəcək tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlərdə, bölmə iclaslarında iştirak edəcəklər.