Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Mənim Elektron Hökumətim” müsabiqəsinin qalibləri gələn həftə elan olunacaq

2327
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 3.10.2014-cü il tarixdə elan etdiyi  “Mənim Elektron Hökumətim” məqalə və video süjet müsabiqəsinin qaliblərinin adları gələn həftə açıqlanacaq. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron xidmətlərin geniş ictimaiyyətə çatdırılması,  elektron hökumət portalının (e-gov.az) populyarlığını artırmaq, eyni zamanda elektron xidmətlərin təkmilləşdirilməsində və yeni xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaqdır. Qeyd edək ki, məqalələr mütəxəssislər tərəfindən araşdırılıb və bəzi təkliflər üzərində dəyərləndirmə aparılır.

Müsabiqəyə göndərilmiş 100-ə qədər məlumatlardan mövcud qaydalara uyğun olan 48 məqalə və 7 video material münsiflər heyətinə təqdim edilmişdir. Eyni zamanda müsabiqəyə qatılan materiallar Elektron Hökumət Portalında (https://reg.e-gov.az/musabiqe/meqale/e-read/) yerləşdirimiş və geniş ictimayyətin müzakirəsinə verilmişdir.

Qeyd edək ki, məqalələr 150 səhifədən ibarət 300 nüsxədə Elektron Hökumət Bülleteninin xüsusi buraxılışı kimi  mətbəədə çap edilmişdir (məqalələr göndərilmə tarixləri ardıcıllığı ilə yerləşdirilib), iştirakçılara və mətbuat nümayəndələrinə paylanacaq.

Qiymətləndirmə Təşkilat komitəsinin müəyyən etdiyi müxtəlif sahələr üzrə peşəkar müsifflər heyəti tərəfindən aparılmışdır. Müsiflər heyətinin tərkibi aşağıdakı kimidir:

Hamlet İsaxanlı -  Xəzər Universitetinin rektoru

Osman Gündüz  - Azərbaycan İnternet Forumunun prezidenti

Rasim Mahmudov – İTİ-nin şöbə müdiri.

Cahid İsmayıloğlu -  İKT üzrə ekspert

Cəsarət Valehov – Jurnalist

Azər Həsrət  - Jurnalist

Mükafatlandırma hər iki nominasiya üzrə ayrılıqda aparılacaq. Hər iki nominasiya üzrə 1-ci yer 2500 manat, 2-ci yer 1500 manat, 3-cü, 4-cü və 5-ci yerlər isə notbukla mükafatlandırılacaqlar.

Bundan başqa müsabiqədə iştirak edən hər bir iştirakçı üçün e-imza kartı və kart oxuyucu hazırlanıb və mükafatlandırma mərasimində iştirakçılara pulsuz təqdim ediləcək.

Gələn həftə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinində münsiflərin, müsabiqə iştirakçılarının və mətbuatın iştirakı ilə mükafatlandırma mərasiminin keçirilməsi planlaşdırılır.