Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Məlumat Hesablama Mərkəzinin "157" Zəng Mərkəzinə 19800-dən çox müraciət daxil olub

2073
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Cari ilin sentyabr ayında MHM-in "157” Zəng Mərkəzi yeni platformaya keçirildikdən sonra mərkəz yeni proqram təminatı ilə təchiz olunmuş, operatorlar arasında yenidən ixtisaslaşma aparılmış və texniki sualların cavablandlırılması üçün müvafiq mütəxəssislər seçilmişdir. Nəzarət məqsədilə operatorların bütün cavabları online qeydiyyata alınır və uzun müddətə arxivləşdirilir.

Noyabr ayında Məlumat Hesablama Mərkəzinin Zəng Mərkəzinə 5933, yeni platformaya keçirildikdən hazıradək isə 19800-dən çox müraciət daxil olub. Müraciətlər əsasən Elektron Hökümət portalı, Elektron imza sertifikatları, AzDataCom, rabitə və kommunal xidmət borcları ilə bağlı olub. Həmçinin Zəng Mərkəzində Milli ÖN, Qoldenpay və Easypay vasitəsilə aparılan ödənişlərlə bağlı suallar da cavablandırılmışdır.

Qeyd edirik ki, Zəng Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb olunan müraciətlərə isə aidiyyatı şöbələr tərəfindən qisa müddətdə baxılır və müvafiq tədbirlər görülür. MHM-ə aid olmayan müraciətlər daxil olduğu zaman isə həmin müraciətlər aidiyyatı qurumlara yönləndirilir.

MHM təqdim etdiyi xidmətlərin rahat, əlverişli şəkildə istifadəsinə, bir sözlə, istifadəçi məmnuniyyətinə xüsusi əhəmiyyət verir. Görülən işlərin keyfiyyətinin artırılması, mövcud problemlərin operativ şəkildə öyrənilərək aradan qaldırılması üçün Zəng Mərkəzi müəssisəmizin işinə bir növ təkan vermiş olur.

Ölkənin istənilən yerindən Zəng Mərkəzinə müraciət etməklə MHM-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Zəng Mərkəzi iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.