Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron xidmət növlərinin siyahısına dəyişiklik edilib

2152
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və "Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.

NK-nın rəsmi saytının verdiyi məlumata görə, dəyişikliklərə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”na  “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi barədə müraciətlərin qəbulu” məzmunda 10.15-ci bənd əlavə edilib.

Qeyd edək ki, sözügedən xidmət Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçiriləcək. Nazirlər Kabineti dəyişiklik barədə qərarı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin, Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial  İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edib.