Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Qətər Əmirliyinin Doha şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "İTU Telecom World 2014" sərgi-konfransı əlamətdar hadisələrlə yadda qalacaq

1826
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Qətər Əmirlyinin Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "İTU Telecom World 2014" sərgi-konfransı keçirilir.

Sərgidə  bir çox ölkələrin, o cümlədən Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun başçılığı etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir.  Nazir Əli Abbasov sərgi-konfrans çərçivəsində “Ağıllı idarəetmə: rəqəmli iqtisadiyyatın təkmilləşdirilməsi” panelində çıxış etmişdir.  

“İTU Telecom World 2014” sərgi – konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Qətər Əmirliyinin İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi arasında İnformasiya və Kommunikasiya texnologiyaları sahəsində anlaşma Memorandumu imzalanmışdır. Memorandumu Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Qətər İnformasiya  və Kommunikasiya Texnologiyaları naziri Hessa Sultan Əl-Cabir imzalayıblar. İmzalama mərasimində Azərbaycanın nümayəndə heyətinin üzvləri və Azərbaycanın Qətər Əmirliyindəkı səfiri Tofiq Abdullayev iştirak ediblər.

İmzalama mərasimdən sonra “İTU Telecom World 2014” sərgi çərçivəsində “Genişzolaqlı internetin universal xidmətə çevrilməsi” mövzusunda konfrans keçirilmişdir. Nazir Əli Abbasov konfransda “Azərbaycanda genişzolaqlı internetin universal xidmətə çevrilməsi” mövzusunda ətraflı çıxış edərək telekommunikasiya şirkətlərinin sabit və proqnozlaşdırılan hüquqi bazasının yaradılmasında maraqlı olduğunu bildirmişdir.

Nazir  Əli Abbasov “İTU Telecom World 2014” sərgi-konfransı çərçivəsində bir sıra rəsmi görüşlər keçirmişdir. Nazir Arab Satellite Communications (ARABSAT) şirkətinin  prezidenti Xalid Əhəd Balkxeyir ilə görüşmüş və görüş zamanı “Azərkosmos” ASC ilə gələcək əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılmışdır. Bundan başqa nazir UNESCO Baş katibinin müavini cənab Getaçev Enqida, Fransanın AIRBUS Kosmos və Müdafiə  Proqramının vitse-prezidenti cənab Erik Berancer, və Alkatel-Lucent şirkətinin vitse prezidenti xanım Qabriella Qautey ilə də rəsmi görüşlər keçirmişdir.

 

Qeyd edək ki, "İTU Telecom World 2014" sərgi-konfransı bu gün öz işini yekunlaşdıracaq.