Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Məlumat Hesablama Mərkəzi və “Expressbank” ASC daha bir layihəyə imza atdılar

2488
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə rabitə xidmət haqlarının “Expressbank” ASC-nin ödəmə terminalları vasitəsilə ödənilməsi üçün MHM, “Expressbank” ASC və Telekommunikasiya Qovşaqları arasında müqavilələr imzalanmışdır. MHM tərəfindən proqram təminatı hazırlanmışdır və cari ilin 1 dekabr tarixindən başlayaraq abunəçilər Bakı, Xırdalan və Sumqayıt şəhərlərində başqa vasitələrlə yanaşı “Expressbank” ASC-nin ödəmə terminalları vasitəsilə də rabitə xidmət haqlarını rahatlıqla ödəyə bilirlər.

Abunəçilər bu ödəmə terminallarında telefon nömrəsini daxil etdikdə ekranda bütün rabitə xidməti borcları ayrıca sətrlə əks olunur:

  • Şəhərlərarası və beynəlxalq danışıq borcu
  • Aylıq abunə borcu
  • İnternet borcu

Abunəçi borc məbləğlərini ödəyə və ya avans qoya bilər. Qəbul edilən ödənişlər onlayn rejimdə avtomatik olaraq MHM-in mərkəzi serverinə ötürülür və billinqdə nəzərə alınır. Qeyd edək ki, əgər telefon borca görə bağlıdırsa, “Expressbank” ASC-nin terminallarında ödəniş edildikdən sonra ən çoxu 30 dəqiqə ərzində telefon avtomatik olaraq şəbəkəyə qoşulur.

Bu ödəmə sisteminin əvvəlki ödəmə sistemlərindən üstünlüyü ondan ibarətdir ki, abunəçi istədiyi xidməti monitorda seçə və ayrı-ayrılıqda ödəniş edə bilir.

Layihənin istismara verilməsindən az müddət keçməsinə baxmayaraq “Expressbank” ASC-nin ödəmə terminalları vasitəsilə aparılan ödənişlərin həcmi artmaqdadır.