Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Hökumət" quruculuğu istiqamətində bir sıra maarifləndirici və sosial layihələrin həyata keçirilməsi planlaşdırılır

1981
Mətni çap edin Mətni kopyala t1 t0 t2

2014-cü il "Elektron Hökumət" quruculuğu üzrə məhsuldar il olmuşdur. Bu il ərzində dövlət qurumlarının həm öz internet səhifələrində, həm də "Elektron Hökumət" portalında təqdim etdikləri elektron xidmətlərin sayı xeyli artmışdır. Hazırda "Elektron Hökumət" portalı üzərindən xidmət təqdim edən qurumların sayı 48, elektron xidmətlərin sayı isə 387-yə çatmışdır. Portaldakı xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi nəticəsində istifadəçi sayı 1,067,420-ə çatmışdır. Həmçinin, bu il elektron sənəd dövriyyəsinin tətbiqi istiqamətində real addımlar atılıb. Görülən tədbirlər nəticəsində e-imzaya da maraq artıb və hazırda e-imza sertifikatlarından faydalananların sayı 27536-dır.

Məlumat Hesablama Mərkəzi tərəfindən 2014-cü ildə "Elektron Hökumət" quruculuğu üzrə bir sıra təbliğat-təşviqat kompaniyaları həyata keçirilmişdir. İcra hakimiyyəti nümayəndələri üçün "Elektron Hökumət" infrastrukturu istiqamətində seminarlar keçirilmiş, tələbələr ilə görüşlər təşkil olunmuşdur. Dövlət qurumlarının nümayəndələri ilə bir sıra treninqlər keçirlmişdir. Bu tədbirlərin məqsədi "Elektron Hökumət" quruculuğu istiqamətində görülən işləri cəmiyyətə təqdim etmək, elektron xidmətlərin eləcə də, elektron sənəd dövriyyəsinin mahiyyətini geniş ictimaiyyətə çatdırmaqdır. Həmçinin, məqsəd bu il təşkil olunmuş "Mənim Elektron Hökumətim" məqalə və video süjet müsabiqəsi vasitəsilə "Elektron hökumət" quruculuğu üzrə cəmiyyətdə formalaşan fikirlərin, həm də rəy və təkliflərin öyrənilib dəyərləndirilməsidir.

MHM tərəfindən 2015-ci ildə "Elektron Hökumət"quruculuğu istiqamətintə həyata keçiriləcək təbliğat-təşviqat tədbirləri üzrə plan və qrafik artıq hazırlanmışdır. Bu planda İcra Hakimiyyətlərinin nümayəndələri ilə treninqlərin, jurnalistlər ilə görüşlərin, universitet tələbələri üçün maarifləndirici mühazirələrin təşkili, yaşlılar üçün təlimverici seminarların, kitabxanalarda oxucularla görüşlərin, inklüzivtəhsil alan uşaqlarla görüşlərin keçirilməsi və s. nəzərdə tutulur. Gələn il üçün "Elektron Hökumət" portalı və e-imzanın populyarlığının artırılması məqsədilə KİV-lərlə sıx əməkdaşlıq ediməsi planlaşdırılır. Həmçinin, "Mənim Elektron Hökumətim" tipli məqalə və video süjet müsabiqələrinin təşkili də nəzərdə tutulur.

Bununla yanaşı MHM 2015-ci ildə bir sıra sosial xarakterli tədbirlərin də həyata keçirilməsini planlaşdırır.

Bu cür tədbirlər cəmiyyətin elektron vasitələrdən istifadəsini artıraraq rəqəmsallaşma prosesini sürətləndirir. Elektron xidmətlərin, eləcə də elektron sənəd mübadiləsinin mahiyyəti aydınlaşdıqca onlara tələbat da artır. Elektronlaşmaya tələbatın çoxalması "Elektron Hökumət" quruculuğu istiqamətində görülən işlərin keyfiyyətini artırır, onun tətbiq sahəsini genişləndirir.

Hesab edirik ki, 2014-cü ildə həyata keçirilmiş və 2015-ci il üçün nəzərdə tutulan təbliğat-təşviqat kompaniyaları, maarifləndirici və sosialyönümlü tədbirlər "Elektron Hökumət" infrastrukturunun daha da inkişafına və populyarlaşmasına xidmət edəcək.