Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

ƏƏSMN "bir pəncərə" prinsipinə uyğun olaraq "Elektron hökumət" portalına avtomatik keçidi təmin edən "Elektron xidmətlər portalı"nı istifadəyə vermişdir

4976
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) sosial xidmətlərin elektronlaşdırılaraq "bir pəncərə" prinsipinə müvafiq vətəndaşlara təqdim edilməsi istiqamətində addım atılmışdır və "Elektron xidmətlər portalı” (www.e-mlspp.gov.az) hazırlanaraq istifadəyə verilmişdir.
"Elektron xidmətlər portalı”nda ƏƏSMN-in "Elektron hökumət” portalı üzərindən göstərilən bütün e-xidmətləri ümumiləşdirilərək "Vətəndaşlar üçün xidmətlər”, "İşəgötürənlər üçün xidmətlər” və "Qeydiyyatsız xidmətlər” bölmələri üzrə qruplaşdırılıb. Bu istifadəçilərin öz kateqoriyalarına və müraciətlərinin məzmununa, eləcə dəautentifikasiyavasitəsinə malik olub-olmamalarına uyğun olaraq birbaşa hansı bölməyə müraciət etmələri üçün qısa vaxtda seçim etməyə imkan verir.
Mövcud bölmələrdəki e-xidmətlərə daxil olduqda "Elektron hökumət” portalına avtomatik keçid təmin olunur. "Vətəndaşlar üçün xidmətlər” və "İşəgötürənlər üçün xidmətlər” bölmələrində əksini tapan e-xidmətlərdən istifadə üçün müvafiq autentifikasiyavasitələri (elektron imza, asan imza və s.) tələb olunduğu halda, vətəndaşlara "Qeydiyyatsız xidmətlər” bölməsindəki e-xidmətlərdən ("İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” və "Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”) hər hansıautentifikasiyavasitəsi olmadan birbaşa istifadə etmək imkanları yaradılıb. 
Bundan savayı, ictimai əks əlaqənin təmin edilməsi məqsədilə portalda "Fikrinizi bildirin", "Məktub" kimi bölmələr təqdim edilmişdir.

ƏƏSMN sosial xidmətlərin elektronlaşdırılması və vətəndaşlara real elektron xidmət təqdim edilməsinə göstərdiyi xüsusi diqqətin göstəricisi hər ay dərc olunan "Elektron Hökumət Bülleteninin" statistikasında öz əksini tapır. Bu statistikaya əsasən ƏƏSMN bir neçə aydır ki, öz birinciliyini qorumaqdadır.