Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Məlumat Hesablama Mərkəzi BMM-də keçirilən "Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər" mövzusunda keçirilmiş dəyirmi masada iştirak etmişdir

1834
Mətni çap edin Mətni kopyala t1 t0 t2

17.12.2014-cü il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Vergilər Nazirliyinin orqanı olan "Vergilər” qəzetinin təşkilatçılığı ilə "Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin, Vergilər Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, ASAN xidmətin, Mərkəzi Bankın, AtaBank ASC-nin, Multimedia Mərkəzinin rəsmiləri və KİV nümayəndələri iştirak ediblər.

Rəsmilərin çıxışlarında "Elektron hökumət" infrastrukturu istiqamətində qurumlar tərəfindən həyata keçirilən işlər yüksək qiymətləndirilmiş, eyni zamanda nöqsanlar və görülməli işlər müzakirə edilmişdir. Müzakirələrin əsas hədəfləri Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş, lakin hələ də elektronlaşmayan xidmətlər, bütün xidmətlərin "bir pəncərə" prinsipi əsasında "Elektron hökumət" portalı üzərindən təqdim edilməməsi, qurumlarının İnformasiya Sistemlərinin portala inteqrasiyası, bir sıra elektron xidmətlərin kütləviləşməməsinin səbəbləri, təbliğat və maarifləndirmə xarakterli tədbirlərin genişləndirilməsi və s. məsələlər idi.

Tədbirdə "Elektron Hökumət" portalının operatoru Məlumat Hesablama Mərkəzinin nümayəndəsi çıxış edərək, portalın yarandığı gündən bu günə qədər keçdiyi inkişaf yolu, görülən işlər, planlaşdırılan bölmələr və xidmətlər barədə məlumat verdi, statistik göstəriciləri nəzərə çatdırdı. Həmçinin, elektron imza sertifikatlarının əhəmiyyəti qeyd edildi və son zamanlar e-imzaya artan təlabat vurğulandı. Sonra MHM-in nümayəndəsi dəyirmi masa iştirakçılarının ölkəmizdə "Elektron hökumət" quruculuğunun yeni mərhələsi "E Gov 3.0” barədə və digər mövzularda verdikləri sualları cavablandırdı.