Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Mənim Elektron Hökumətim" məqalə və video süjet müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi

2041
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Bu gün Bakı Mətbuat Mərkəzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təşkil edilən "Mənim Elektron Hökumətim" məqalə və video süjet müsabiqəsinin yekun mərasimi keçirildi. Mərasim Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin, Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanovu və  münsiflər heyyəti üzvlərinin çıxışları ilə açıq elan edildi.

Nazir müavini Elmir Vəlizadə öz çıxışında Elektron hökumət quruculuğunun dövlətin prioritet  siyasəti olduğunu və bu yolda məqsədyönlü ardıcıl addımların atıdlığını bildirdi. Nazir müavini "Elektron hökumət" infrastrukturunun ölkədə yoxsulluğun azaldılmasına, korrupsiyanın aradan qaldırılmasına böyük töhvə verdiyini qeyd etdi. Bu sahədə aparılan işlərin müsbət göstəricisi kimi bu il BMT-nin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə reytinqində Azərbaycanın 68-ci yeri tutduğunu tədbir iştirakçılarının diqqətə çatdırdı və gələn ilki reytinqdə bu göstəricinin daha da irəliləyəcəyini hesab etdiyini vurğuladı.

"Elektron Hökumət" portalının operatoru MHM-nin direktoru Nail Mərdanov çıxışında "Mənim Elektron Hökumətim" məqalə və video süjet müsabiqəsinin təşkilinin ictimai mahiyyətindən söz açdı. "Elektron hökumət" quruculuğu istiqamətində aparılan işlərin işıqlandırılmasında və cəmiyyətin elektron xidmətlərdən istifadəyə təşviqində KİV-in mühüm rolundan bəhs etdi.

Hər iki nominasiya üzrə mükafatlandırılan iştirakçıların adı açıqlandı. Mərasim müsabiqə iştirakçılarının mükafatlandırılması ilə başa çatdı.

"Mənim Elektron Hökumətim" məqalə və video süjet müsabiqəsinin qaliblərini nəzərinizə çatdırırıq:

Video material nominasiyası üzrə

Məqalə nominasiyası üzrə

1-ci yer  Səkinə  Zeynalova

2-ci yer Nicat Abdullayev

3-cü yer Jalə Quliyeva

1-ci yer İlhamə İsabalayeva

2-ci yer Elnarə Kərimova

3-cü yer Ramin İlyasov

4-cü yer İsmayıl İsmayılov

5-ci yer Limunət Əmrahlı

Zülfiyyə Quliyeva adlı iştirakçının məqaləsi münsiflər tərəfindən yüksək qiymətləndirilsə də, keçən il 1-ci yeri tutduğuna görə, ona Diplom və noutbuk təqdim olunmuşdur. 

Qeyd edək ki, "Mənim Elektron Hökumətim" məqalə və video süjet müsabiqəsinin mükafat fondu aşağıdakı kimi müəyyən edilmişdir:

“Ən yaxşı məqalə” üzrə        

“Ən yaxşı video material” üzrə

1-ci yer - 2500 manat         

2-ci yer - 1500 manat

3;4;5 yer - noutbuk

1-ci yer - 2500 manat 

2-ci yer - 1500 manat 

3-cü yer – noutbuk