Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Hökumət" quruculuğu istiqamətində gündəmdə olan prioritet məsələlər

4108
Mətni çap edin Mətni kopyala t1 t0 t2

2014-cü il "Elektron hökumət" portalı üçün xeyli səmərəli keçdi. Qeydiyyat prosesinin, portalın istifadəsinin sadələşdirilməsi, istifadəçi yönümlü funksionallıqların yaradılması və zəruri olan bir sıra sosial xidmətlərin elektronlaşdırılaraq portala inteqrasiyası üzrə bir çox səmərəli işlər həyata keçirildi. Portaldakı elektron xidmətlərdən istifadə sayı 2014-cü ilin 1 yanvarına qədər ~800 min idisə, 1 dekabrda bu rəqəm 5,8 milyonu keçdi və bu statistika portala marağın artmasının əyani nəticəsidir.

Yeni qurumların portala qoşulması, yeni xidmətlərin elektronlaşdırılaraq portala inteqrasiyası, portalda mövcud xidmətlərin təkmilləşdirilməsi, mövcud qanunvericilik çərçivəsində qurumlar arasında informasiya mübadiləsinin təşkili, istifadəçi yönümlü yeni funsionallıqların yaradılması, istifadəçi ilə portal və qurumlar arasında canlı əlaqələrin yaradılması və sair məsələlər hazırda "Elektron hökumət" portalı üzrə gündəmdə olan prioritet məsələlərdəndir və bu məsələlərin həlli  üzrə gərgin iş aparılır.

Vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, tezliklə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bir neçə elektron xidmətlərinindən portal vasitəsilə istifadə edə biləcəklər. Yaxın zamanda Maliyyə  Nazirliyi tərəfindən

  • Siğorta fəaliyyətinə lisenziya verilməsi ilə bağlı ilkin müraciət
  • Dövlət büdcəsinin rayonlar (şəhərlər) üzrə aylıq (rüblük) gəlirlərinin icrası haqqında məlumat
  • Hesabatların qəbulu

və s. kimi elektron xidmətlər portala inteqrasiya ediləcək.

Bakı Elektrik Şəbəkə" ASC də tezliklə aşağıda qeyd olunan e-xidmətlərlə portal üzərindən vətəndaşlara xidmət göstərəcək:

  • Texniki Şərt üçün elektron müraciət
  • Elektron Müraciətlər
  • Borcların öyrənilməsi
  • Abunəçi kodunin öyrənilməsi
  • Elektron ödəniş

Portala yeni qurumların qoşulması ilə yanaşı, mövcud qurumlar üzrə yeni elektron xidmətlərin inteqrasiyası üzərində də işlər aparılır. Tezliklə Dövlət Gömrük Komitəsi portal üzərindən yeni xidmətlərini vətəndaşların istifadəsinə təqdim edəcək.

Hazırda "Elektron Hökumət" portalının təqdim etdiyi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətindən  real rejimdə "Unibank"  ASC, "Accessbank",  "Bank of Baku", "Bakı Ticarət Bankı", "Muganbank" ASC,"Bank Respublika" ASC  faydalanmaqdadır. Yaxın zamanda isə "İnkişaf üçün maliyyə" Qeyri-Bank Kredit Təşkilatı,  "Rabitabank" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "AGBank"  ASC və bir sıra digər banklar bu e-xidmət vasitəsilə kredit vermə prosesini sadələşdirəcəklər.

"Elektron hökumət" portalı üzrə daha bir yenilik -  Əmlak Məsələləri Dövlət Komitəsinin Ünvan Reyestri İnformasiya Sisteminin portala inteqrasiyası hazırda prioritet məsələdir. Bu proses reallaşdıqdan sonra artıq ünvanla bağlı istənilən e-xidmətdən istifadə zamanı dəqiq ünvan avtomatik olaraq göstəriləcək. Belə e-xidmətlər vasitəsilə  yeni ünvanla yanaşı, köhnə ünvan da ekranda əks olunacaq.

Yeni xidmətlərin portala cəlb edilməsi ilə yanaşı, Məlumat Hesablama Mərkəzi tərəfindən qurumlara məlumat bazalarının təkmilləşdirilməsi, məlumatların FİN-ə uyğunlaşdırılması istiqamətində hər cür dəstək göstərilir. Hazırda "AzərEnerji" ASC və "AzərSu" ASC-nin məlumat bazalarında abonent kodlarının FİN-ə uyğunlaşdırılması üzərində iş gedir və bu proses başa çatdıqdan sonra həmin qurumların təqdim etdiyi e-xidmətlər sadələşməklə yanaşı, həm də digər qurumlarla portal üzərindən informasiya mübadiləsi mümkün olacaq. Belə ki, təkcə autentifikasiyadan keçməklə, abonent kodunu daxil etmədən kommunal xidmət haqlarının ödənilməsi və borcun olmaması haqda elektron arayışların portal vasitəsilə verilməsi  mümkün olacaq.

Növbəti ildə portal vasitəsilə aşağıdakı arayışların elektron şəkildə vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur və bunun üçün qanunvericilik bazasında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var:

  1. Yaşayış yeri barədə elektron arayışın verilməsi
  2. Diplom  barədə elektron arayışın verilməsi
  3. Rabitə xidmət borcları olmaması barədə elektron arayışın verilməsi
  4. Kommunal xidmət borcları olmaması barədə elektron arayışın verilməsi
  5. Abituriyentin ali məktəbə daxil olması barədə elektron arayışın verilməsi
  6. İş yeri və əmək haqqı barədə elektron arayışın verilməsi
  7. Sağlamlıq barədə tibbi elektron arayışın verilməsi
  8. Pensiya kapitalı barədə elektron arayışın verilməsi
  9. Portal vasitəsilə bəzi etibarnamələrin verilməsi
  10. Şəxsiyyət vəsiqəsinin elektron sürəti
  11. Daşınmaz əmlak barədə Reyestrdən çıxarışın elektron sürəti
  12. Vətəndaşın adına olan avtonəqliyyat vasitəsi barədə elektron arayışın verilməsi

Məlum olduğu kimi, bu xidmətlər müxtəlif qurumlar tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardır və bu arayışların elektron formada təqdim edilməsi vaxta qənaətlə yanaşı rüşvətin və süründürməçiliyin  qarşısını almış olacaq.

Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan prioritet məsələlərin həlli istiqamətində, vətəndaşlarımızın sosial rifahın yüksəldilməsi məqsədilə hazırda "Elektron hökumət" portalının Operatoru - RYTN-in Məlumat Hesablama Mərkəzi əksər dövlət qurumları ilə birgə məqsədyönlü işlər həyata keçirir. Güman edirik ki, görülən işlərin nəticəsi tezliklə öz bəhrəsini verəcək və ölkə əhalisi "Elektron hökumət" portalında bir sıra önəmli yeniliklərin şahidi olacaqlar.