Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Elektron Hökumət" üzrə ixtisasartırma kursları təşkil olunub

2055
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nüməyəndələri 24-26.12.2014-cü il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən "Elektron Hökumət" üzrə ixtisasartırma kurslarında mühazirəçi qismində iştirak ediblər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının təşəbbüsü ilə keçirilən kurslarda bir sıra İcra Hakimiyyəti nümayəndələrinə "Elektron Hökumət”in infrastrukturu, onun əsas komponentləri, Dövlət Reyestrləri, elektron xidmətlər və elektron imza barədə əvvəlcədən müəyyənləşdirilmiş proqram və prezentasiyalar əsasında təlimlər keçirilib. İştirakçılara nəzəri biliklər verilməklə yanaşı, həm də ən çox istifadə olunan elektron xidmətlər əyani olaraq nümayiş etdirilib. Kurslar qarşılıqlı müzakirələr və diskussiya şəklində davam etmişdir və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Kursların əsas məqsədi regionlar üzrə İcra Hakimiyyəti nümayəndələrinə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza və sair barədə ətraflı informasiya vermək və praktiki biliklərin aşılanmasıdır.