Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Avstriyada vətəndaşlar, fiziki və hüquqi şəxslər etibarnamələri “Elektron Hökumət” portalı vasitəsilə əldə edə bilirlər

2583
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Avstriyanın “Elektron hökumət” portalı ilə, portaldakı elektron xidmətlərlə tanış olduqda görürük ki, Avstriya vətəndaşları istənilən növ etibarnamələri “Elektron Hökumət” portalındakı elektron xidmət vasitəsilə asanlıqla, heç bir yerə getmədən, heç bir quruma müraciət etmədən, rüsumu onlayn şəkildə ödəməklə əldə edə bilirlər. Rəqəmsal etibarnamə əldə etmək üçün elektron vətəndaşlıq kartı müstəsna rola malikdir. Belə ki, elektron vətəndaşlıq kartı (vəsiqəsi) vasitəsilə  "rəqəmsal etibarnamə"  elektron xidmətinə daxil olan vətəndaş, müvafiq etibarnaməni və həmin etibarnamə üzrə etibar ediləcək səlahiyyətləri, həmçinin, səlahiyyətlini seçir, elektron vətəndaşlıq kartı vasitəsilə etibarnaməni imzalayır. “SourcePin” Qeydiyyat Sistemi üzrə etibarnamənin tərkibi (nümunə üçün: Şirkətin adını, VÖEN və s.) yoxlanılıır, etibarnamə təsdiqlənərək, səlahiyyətlinin kartına yönləndirilir.  Bununla, nümayəndəyə etibar edilən səlahiyyətləri qəbul etmək hüququ verilir. Həmçinin, bu sistem etibarnamə verən şəxsə rəqəmsal etibarnamənin qüvvədə qalma müddətini müəyyən etmək və istənilən vaxt onun ləğvinə xitam vermək imkanı yaradır. Rəqəmsal etibarnamə ilə icra edilən bütün əməliyyatlara istənilən vaxt baxış keçirmək mümkündür.

Avstriyanın tətbiq etdiyi rəqəmsal etibarnamə təcrübəsinə əsasən, artıq vətəndaş üzərində müxtəlif növ kağız üzərində olan etibarnamələri gəzdirmək məcburiyyətindən azad olur. Təkcə e-vətəndaşlıq vəsiqəsindən istifadə edərək, etibarnamə ilə olan bütün onlayn, eləcə də onlayn olmayan əməliyyatları başqa şəxsin (şirkətin) adından icra edir. Bu xidmətin sosial mahiyyəti bir tərəfdən vaxta qənaət, digər tərəfdən isə hər an itə biləcək kağız üzərində olan bir sənədin təhlükəsiz şəkildə virtual istifadəsini təmin edilməsidir.

Avrstriyada tətbiq edilən rəqəmsal etibarnamələr vətəndaşlarla yanaşı, fiziki və hüquqi şəxslərin də marağına səbəb olmuşdur. Etibarnamələrin ən çox tətbiq olunduğu iş sektorları, biznes sahibləri, irili-xırdalı şirkətlər elektron etibarnamələr vasitəsilə müvafiq səlahiyyətləri siravi vətəndaşa, həmçinin, hüquqi və fiziki şəxsə virtual formada etibar edir, daha da önəmlisi, sistem vasitəsilə bu əməliyyatlara nəzarət etmək hüququna malik olurlar. Zamanın dəyərini yüksək qiymətləndirilən, hər bir sahədə kağız əməliyyatlarından imtina etməyə çalışan avropalılar "rəqəmsal etibarnamə" xidmətini yüksək qiymətləndirirlər.

Dünya ölkələrinin “Elektron hökumət”, rəqəmsal xidmətlər sahəsindəki təcrübəsi barədə mütəmadi olaraq  oxucularımıza məlumatlar təqdim edəcəyik.