Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron Hökumət Portalının operatoru “Bax, istifadə et və yarat!” adlı mobil əlavələrin hazırlanması müsabiqəsi elan edir

2324
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi  www.data.gov.az portalının Açıq Məlumatlarından istifadə etməklə “Bax, istifadə et və yarat“ adlı  mobil əlavələrin hazırlanması müsabiqəsini elan edir.

İKT mütəxəssisləri, START UP-çılar, tələbələr və s.  üçün nəzərdə tutulan   yanvarın 15-dən aprel ayının 15-nə qədər davam edəcək bu müsabiqəyə qatılmaq üçün Açıq Məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim etmək lazımdır.

Açıq Məlumat-azad şəkildə heç bir məhdudiyyət qoyulmadan istənilən şəxs tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır. İctimai əhəmiyyət daşıyan bu məlumatlardan, heç bir patent, lisenziya, icazə və məhdudiyyət olmadan istifadəçilər istənilən vaxt istənilən formada yararlana bilər. Məlumatlar proqram təminatlarının yaradılmasında istifadə edilə bilən formatda olmalı və əməliyyat sistemləri tərəfindən oxuna bilinməlidir. Açıq Hökumət məlumatları ictimai xarakter daşıyan məlumatların məs, iqtisadi inkişaf statistikası, hava praqnozu, yağmur xəritəsi, seymsmik zonalar xəritəsi, poçt məntəqələri, taksafon aparatları məntəqələri, nəğd ödəniş terminalları, rabitə tarifləri, şəhərlərarası və beynəlxalq kodlar və s. vətəndaşların istifadəsinə verilir. İstənilən vətəndaş (proqramist və s.) bu məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli  mobil proqramlar yaradıb müsabiqəyə təqdim edə bilər.

Müsabiqənin  tələbləri:

Müsabiqəyə təqdim ediləcək mobil əlavələrin hazırlanması üçün www.data.gov.az portalına daxil olmaqla açıq məlumatlar siyahısından istifadə etməlisiniz.

Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə  www.e-gov.az portalında qeydiyyatdan keçməli, materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2015-ci il martın 15-dək aparılacaq. Materialların son qəbul olunma tarixi aprel ayının 15-dir.

Müsabiqə üçün hazırlanmış  materiallar bu ünvana göndərilməlidir - musabiqa@rabita.az.

Müsabiqənin mükafat fondu:

1-ci   yer  - 2000 manat                                                 

2-ci  yer  -  1000 manat    

3-cü yer     500 manat                            

Müsabiqə 15  yanvar 2015 cü ildən 15 aprel 2015-ci ilə qədər davam edəcək, materiallar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək.

Müsabiqə barədə daha geniş məlumatları “Elektron hökumət” portalından (www.e-gov.az) və www.data.gov.az saytından əldə etmək olar.

 Əlaqə telefonları: 157 (dax.4), (012) 5984271. Faks: (012) 565 14 52.