Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

XARİCİ ÖLKƏLƏRİN TƏCRÜBƏSİNDƏN... Avstriyada Açıq Hökumət Məlumatları - Müxtəliflik, Şəffaflıq, Açıqlıq, Demokratiya

2313
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Açıq Hökumət - dövlət və hökumətin vətəndaşlara açıq edilməsi anlayışı və görüşlərini əhatə edən çoxmənalı termindir. Bu termin şəffaflıq, iştirakçılıq, əməkdaşlıq, açıq innovasiya yanaşması, açıq cəmiyyət, açıq məlumatların, standartların əksi, açıq interfeys, açıq mənbə proqramları və açıq kommunikasiya sistemlərini əhatə edir.

Açıq Hökumət prinsipləri:

Şəffaflıq: vəzifə məsuliyyətini gücləndirir, vətəndaşları hökumətin gördüyü işlər barədə məlumatlandırır. İnformasiyanın ödənişsiz əldə olunması şəffaflığın mühüm göstəricisidir.

İştirakçılıq: hökumətin iş səmərəsini artırır, cəmiyyətin qərarvermədə iştirakını təmin edərək, alınan qərarların keyfiyyətinin yüksəldir.

Əməkdaşlıq: bütün administrativ qurumlar arasında və eləcə də, özəl sektor ilə əməkdaşlığı sürətləndirmək üçün yeni vasitələr, metodlar, sistemlərin məcmusudur.

Administrativ və siyasi proseslərdə Açıq Hökumət strategiyası ənənəvi proseslərin və qərarvermənin əsaslı dəyişilməsi ilə həyata keçirilir. Bu baxımdan şəffaflıq prosesləri Açıq Hökumət məlumatlarını Açıq Hökumət strategiyasının əsas amillərindən  birinə çevirən vacib  elementdir.

Açıq Hökumət Məlumatları fərdi və məxfiliyi qorunmalı məlumatlar istisna olmaqla, cəmiyyət üçün heç bir məhdudiyyət olmadan azad istifadəsi, yayımlanması və təkrar istifadəsi mümkün olan məlumatlardır. Açıq Hökumət Məlumatları daimi sosial, mədəni, elmi və iqtisadi inkişaf üçün potensial yaradır. İctimai informasiyalar əsasında yeni məhsullar və xidmətlər yaradılır və bu da gələcəkdə iqtisadi inkişafa təkan vermiş olur.

Açıq ediləcək informasiyanı seçərkən, onun maraqlı və əhəmiyyətli olmasına diqqət yetirilməlidir.

Üstünlükləri:

Dövlət üçün əsas məqam cəmiyyətin və iqtisadiyyatın innovativ gücündən yararlanmaqdır. Açıq Məlumatlar əsasında hazırlanan proqramlar daha yüksək və səmərəli xidmətlərin təqdim olunmasına zəmin yaradır. Açq Məlumat Strategiyasının yaradılması ilə informasiya idarəçiliyinin qarşılıqlı uyğunluğu inkişaf etdirilir və bu strategiya daxili məlumat bazaları arasında əlaqəni  və təhlillərin aparılmasını mümkün edir. Cəmiyyətin və iqtisadiyyatın inteqrasiyası kraudsorsinq metodundan faydalanmaqla informasiyanın keyfiyyətini artırır.

Demokratiyanın iqtisadi üstünlükləri artan şəffaflıq sayəsində möhkəmlənir, bu da  dövlətə və onun qurumlarına olan vətəndaş etibarını artırır.

Hökumət Məlumatlarını açıq edərkən aşağıdakı qeyd olunan prinsipləri nəzərə almalıdır:

1. Tamlıq: açıq edilən məlumatlar mümkün olduğu qədər tam olmalıdır; həmçinin bu məlumatları təsvir edən metaməlumatlar ətraflı olmalı, açıq edilmiş məlumatdan mümkün qədər effektiv yararlana bilmək üçün istifadəçiyə  hərtərəfli informasiya verilməlidir.

2. Əsas mənbə: Məlumat əsas mənbədən toplanılmalı və redaktə olunmadan, dəyişdirilmədən mümkün qədər dəqiq yayınlanmalıdır.

3.Cari vaxt aralığı: Yayımlanan məlumatlar adekvat müddətdə mümkün qədər tez yayımlanılmalıdır. Bu məlumatlar toplanılan və tərtib olunan kimi açıq edilməlidir

 4. Asan əldə olunan: açıq edilən məlumatlar  heç bir baryer olmadan asanlıqla əldə oluna bilən olmalıdır. Fiziki baryerlər ( məs, müvafiq idarəyə gedib, müvafiq proseslər icra etmək zəruriyyəti) və  texniki baryerlər aradan qaldırılmalıdır.

5. Maşın tərəfindən oxunaqlı: məlumatlar maşın tərəfindən oxuna bilinən formatlarda saxlanılmalıdır.

6. Diskriminasiya: istənilən şəxs istədiyi vaxtda, identifikasiya olunmadan, məlumatdan istifadə səbəbini əsaslandırmadan açıq hökumət məlumatlarını əldə edə bilməlidir.

7. Açıq standartlardan istifadə: açıq edilən məlumatın formatı mümkün qədər açıq olmalı və bu formata heç bir müəssisə ekskluziv nəzarəti olmamalıdır.

Avstriyada Açıq Hökumət Məlumatları portalında (www.data.gv.at) 1533 adda məlumat bazası açıq edilmişdir və məlumatların maşın tərəfindən oxunaqlı olması üçün, CSV, JSON, RDF, XML və XML formatlarından istifadə olunur.Bu məlumat bazalarına aşğıdakıları misal göstərmək olar:

  • CSV formatında olan Vyananın Əsas Yerləri məlumat bazası əsasında "Where to go", "There, Vienna", "İn Vienna" turizm əhəmiyyətli naviqatorlar hazırlanmışdır.
  •  Avstriyada Krems çayının səviyyəsi hər 15 dəqiqədən bir ölçülür, məlumat bazası yenilənir və bu məlumat bazası əsasında "Level Alarm" application hazırlanmışdır. Bu application daşqınlar barədə məlumatları və proqnozları  göstərir.
  • Avstriyada Hökumət Təklifləri və Qanunvericilik Təşəbbüsləri Məlumat Bazası əsasında "Currently in Parliament: Recent decisions and government bills and legislative initiatives" application hazırlanmışdır. Bu proqram vasitəsilə vətəndaşlar hökumətdə baş verən dəyişikliklər, son qərarlar və qanunlar və qanunvericilik təşəbbüsləri üzrə məlumatları əldə edə bilərlər.
  • "when today" application-ı ictimai nəqliyyat vasitələrinin (qatar, avtobus və s) dayanacağa yaxınlaşma vaxtını xəbər verir. Bu proqramın tərtib olunması üçün, bir neçə məlumat bazalarından (dayanacaqlar, ictimai nəqliyyatlar üzrə qrafik cədvəldən, Vyana real vaxt məlumatlarından və s.) istifadə olunmuşdur.
  • "TaxiNavi Austria" sürücülər üçün  hazırlanmış proqramdır. Bu mobil application-nın tərtibatında 10 məlumat bazasından istifadə olunmuşdur (polis idarələri, universitetlər və kolleclər, taksi dayanacaqları və s.).
  • Avstriyada hər ay ~100 000 insan əmlak axtarır.  "Checkmyplace.com " application  vasitəsilə kirayəçilər/ alıcılar/satıcılar əmlakın yeri və dəyəri, eləcə də, demoqrafiq göstəriciləri, infrastrukturu, iqlimi, nəqliyyat, ekoloji faktorlar və sair  barədə ətraflı məlumat əldə edə bilirlər.
  • "Defibrillators in Austria" application vasitəsilə ürək xəstəliyi olan insanlar üçün defibrilator cihazının yerini təyin etmək mümkündür.
  • "Demographic İndicators Vienna" application vasitəsilə illər üzrə demoqrafik artım və azalmaları müşahidə etmək olur.
  • Avstriyada "Hospitals Vienna" application vasitəsilə Vyanada yerləşən xəstəxanaları görmək, hətta, "Dogator" applicationi vasitəsilə it saxlanılan əraziləri, veterinarları və heyvan xəstəxanalarını görmək, itən itlər barədə sorğu göndərmək mümkündür.
  • "Parking Vienna" application vasitəsilə maşın dayanacaqlarının yerini (dayanacaqda olan boş yerləri də) öyrənmək mümkündür. Bu proqram vasitəsilə dayanacaq yeri üçün onlayn ödəniş etmək də olar.​

Avstriyada açıq edilmiş ictimai məlumatlar sayəsində vətəndaşlar  bir çox məişət qayğılarından azad olmaqla yanaşı həmçinin, ölkədə baş verən siyasi, sosial, iqtisadi proseslərdən xəbərdar olur. Bu ölkədə mobil tətbiqlər (proqramlar) artıq gündəlik həyatın əvəzedilməz elementinə çevrilmişdir.