Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

XARİCİ ÖLKƏLƏRİN TƏCRÜBƏSİNDƏN... Açıq Hökumət Məlumatları ictimai, iqtisadi və siyasi kapitaldır - Böyük Britanita təcrübəsi...

2192
Mətni çap edin Mətni kopyala t1 t0 t2

XXI əsrdə informasiya bütün sferalarda ən qiymətli və önəmli aspektə çevrilmişdir və informasiya ictimai, iqtisadi, sosial və siyasi münasibətlərə birbaşa təsir imkanına malikdir. Son 20 il ərzində bir çox dünya ölkələri öz məlumatlarını açıq edir və dünyanın hər yerində vətəndaşlar informasiya almaq hüququndan istifadə etməyə çaılışırlar. Hökumət məlumatlarının açıq edilməsi şəffaflığa gedən qlobal hərəkatdır və bu prosesin gayandırılması mümkün deyil.

Birləşmiş Krallıq dünya ölkələri arasında məlumatların ictimaiyyətə açılması sahəsində aparıcı mövqedədir. Birləşmiş Krallıq 55 ölkənin iştirak etdiyi Açıq Hökumət Əməkdaşlığı təşkilatına sədrlik edir. Bu əməkdaşlığın şüarı -  açıq idarəetmənin iqtisadi tərəqqiyə, daxili inkişafa, idarəetmədə vətəndaş iştirakçılığının artmasına təsirini ifadə edən "Şəffaflıq rifahı təmin edir"-dir. Birləşmiş Krallıqda şəffaflıq insanların yaşayış tərzinə və biznes fəaliyyətlərinə birbaşa təsir edir.

Son iki ildə Birləşmiş Krallıq dünya ölkələri ilə nisbətdə ən çox məlumat açıq edən ölkədir. Məlumatların açıq edilməsi vətəndaşlara ictimai xidmət seçimində imkan yaratmaqla yanaşı, hökumətin idarəetmə cavabdehliyinə müsbət təsir göstərir. Bu proses həmçinin, yeni biznes qurumlarını əlavə xidmətlərin yaradılması üçün xam material ilə təmin edir.

Hökumət real-vaxt məlumatlarından hava proqnozuna qədər bütün ictimai informasiyaları yayımlayaraq biznes qurumları və müəssisə sahibləri üçün informasiya bazarı yaradır. "White Paper" sənədində hökumət tərəfindən  məlumatların açıq edilməsi prosesinin necə reallaşdırılacağı və gələcəkdə bu məlumatlardan əldə olunacaq mənfəət müəyyən edilmişdir.

Son illər, Birləşmiş Krallıqda şəffaflığı və hökumətin cavabdehliyini artırmaq məqsədilə "Making Open Data Real" sorğusu keçirilmiş və müxtəlif sektorlardan təxminən 500 cavab alınmışdır. Alınan  cavablara əsasən məlum olmuşdur ki, şəffaflıq prosesi vətəndaşların  xərclərinin azalmasına xeyli təsir göstərir. Buna istinadən, hökumət məlumatlarının açıq edilməsinin əsas prinsiplərindən biri məlumatların ödənişsiz və ya ucuz qiymətə əldə olunmasını təmin etməkdir.

Birləşmiş Krallıq Açıq Hökumət Məlumatını data.gov.uk veb portalı vasitəsilə yayımlayır. Hazırda həmin portalda açıq edilən informasiya bazalarının sayı 23 213-dür və bu say gündən günə sürətlə artır. Bu informasiya bazaları Nəqliyyat, Cəmiyyət, İqtisadiyyat, Şəhərlər, Səhiyyə və sair şəkildə qruplaşdırılmışdır. Portalda 364 adda mobil proqram təminatı yerləşdirilmişdir.

Nümunə üçün,

                                               

* "Fuel Calculator" mobil proqramı vasitəsilə vətəndaşlar səyahət zamanı nə qədər benzin və dizel işlətdiyini öyrənə bilirlər. Bu application "Gündəlik işə getmə" adlı məlumat bazası əsasında tərtib olunmuşdur.

* "Tax Calculator" ödənişsiz mobil proqramdır, onun vasitəsilə aylıq maaşı, gəlir vergisini, milli siğorta, pensiya ödənişlərini hesablamaq mümkündür. Portalda bu növdən 38 mobil proqram yerləşdirilmişdir.

* "Walconomics" mobil proqramı vasitəsilə vətəndaşlar yaşadıqları küçənin, qonşu ərazilərin və şəhərin hansı hissələrinin gəzintiyə yararlı olmasını öyrənə bilirlər. Proqramda qeyd olunan hər bir küçə aşağıdakı kriteriyalara əsasən qiymətləndirilir:

  • Küçənin təhlükəsizliyi
  •  Keçmə asanlığı
  • Səkinin keyfiyyəti
  • Dərə-təpəlik
  • Naviqasiya
  • Cinayət qorxusu
  • Smart
  • Əyləncəli, rahat və gözəl

                                                                             

*  "Find School" proqram təminatı məktəb seçimini onlayn yerinə yetirmək imkanı yaradır.

*  "Find Best University" application vasitəsilə məzunların maaşları, tələbələrin tarif balları, təklif olunan kurslar, davamiyyət nisbətləri, Milli Tələbə Sorğusunun nəticələri və s. əsasında universitetləri müqayisə edib seçim aparmaq mümkündür.

Birləşmiş Krallıq Hökumət Məlumatlarının açıqlanması üzrə dünya ölkələri arasında aparıcı mövqedədir. Artıq bu məlumatlar əsasında tərtib olunan mobil  proqram təminatları əhalinin gündəlik həyatının tərkib hissəsinə çevrilmişdir.