Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron arayışların tətbiqi genişlənir və elektron arayışlar artıq vətəndaşların sevimli xidmətinə çevrilməkdədir…

3091
Mətni çap edin Mətni kopyala t1 t0 t2

"Elektron Hökumət” portalının təqdim etdiyi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi”, Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" sosial xidmətləri vətəndaşların ən çox istifadə etdiyi elektron xidmətlərdəndir.

"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidmətindən hazırda "Bank of Baku", "Unibank" ASC, "Accessbank",  "Bakı Ticarət Bankı", "Muganbank" ASC, "Bank Respublika" ASC, AGBank ASC, Rabitəbank ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC və bir sıra kredit təşkilatları faydalanırlar.

"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədi ilə yaradılmışdır. Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün özünə aid fərdi məlumatlar üzrə elektron arayışı banka təqdim etmək imkanını əldə edir.

2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən portal üzərindən vətəndaşların istifadəsinə verilmiş  "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətlər sosial yönümlü xidmətlər sırasındadır və ən çox istifadə olunan xidmətlərdəndir. Həmçinin, sözügedən Nazirliyin "İş yerindən arayış" xidməri aktuallığı ilə seçilən e-xidmətlərdəndir və bu e-arayışın təqdim olunması vətəndaşlardan tez-tez tələb olunan və kağız üzərində olan sənədlərin daha birini  ləğv etmək imkanı vermişdir.

"Elektron Hökumət” portalının təqdim etdiyi statistikaya əsasən elektron arayışlardan istifadə aydan-aya artmaqdadır. Aşağıdakı diaqramda 2014-cü ilin sentyabr – 2015-ci ilin yanvar ayları ərzində istehlak kreditlərinin verilməsi üçün verilmiş e-arayışlardan istifadə sayının artım dinamikası aydın görünür:

                                                      

                                                      Şəkil 1. İstehlak kreditlərinin verilməsi üçün banklar tərəfindən istifadə edilmiş e-arayışların sayı.

Aşağıda isə 2014-cü ilin sentyabr – 2015-ci ilin yanvar ayları ərzində istehlak kreditlərinin verilməsi üçün e-arayışlardan istifadə sayı Banklar üzrə əks olunmuşdur:

                                                       

     Şəkil 2. 2014-cü ilin sentyabr – 2015-ci ilin yanvar ayları ərzində istehlak kreditlərinin verilməsi üçün e-arayışlardan istifadə sayının Banklar üzrə kütlə faiz nisbəti.

Qeyd edək ki, elektron arayış xidmətindən istifadə edərək vətəndaşlar aşağıdakı üstünlükləri əldə etmiş olurlar:

- Sutkanın 24 saatı, günün istənilən vaxtı arayış əldə etmə imkanı;

-  Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;

-  Bürokratik proseslərin və rüşvət hallarının aradan qaldırılması

və s.

Gündəlik həyatda ən çox istifadə olunan elektron arayışların sayı artmaqdadır və güman edirik, tezliklə "Elektron hökumət" portalı vasitəsilə aşağıdakı arayışların da elektron şəkildə əldə edilməsi mümkün olacaqdır:

* Yaşayış yeri barədə elektron arayışın verilməsi

* Diplom  barədə elektron arayışın verilməsi

* Rabitə xidmət borcları olmaması barədə elektron arayışın verilməsi

* Kommunal xidmət borcları olmaması barədə elektron arayışın verilməsi

* Abituriyentin ali məktəbə daxil olması barədə elektron arayışın verilməsi

* İş yeri və əmək haqqı barədə elektron arayışın verilməsi

* Sağlamlıq barədə tibbi elektron arayışın verilməsi

* Pensiya kapitalı barədə elektron arayışın verilməsi

* Portal vasitəsilə bəzi etibarnamələrin verilməsi

*Şəxsiyyət vəsiqəsinin elektron sürəti

* Daşınmaz əmlak barədə Reyestrdən çıxarışın elektron sürəti

* Vətəndaşın adına olan avtonəqliyyat vasitəsi barədə elektron arayışın verilməsi

Qeyd edək ki, bu xidmətlərin reallaşması üçün qanunvericilik bazasında müəyən əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var. Hesab edirik, bu arayışların elektron formada vətəndaşlara təqdim edilməsi vaxta qənaətlə yanaşı neqativ halların və süründürməçiliyin  də qarşısını almağa kömək edəcək.