Artıq Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən portala əlavə olunan "Gömrük ödənişləri" e-xidməti vasitəsilə gömrük ödənişlərini elektron qaydada aparmaq mümkündür. Gömrük ödənişlərini onlayn rejimdə həyata keçirmək üçün autentifikasiya tələb olunmur. Xidmətdən faydalanmaq üçün portalda "Qeydiyyatsız xidmətlər" bölməsindən Dövlət Gömrük Komitəsinin müvafiq xidmətini seçmək kifayətdir.
Bildiririk ki, DGK-nın "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 6-ya çatmışdır.