Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

AzDataCom öz fəaliyyətində müştəri məmnunluğunu əsas prioritet hesab edir

2076
Mətni çap edin Mətni kopyala t1 t0 t2

   Azərbaycanda “Elektron Hökumət” quruculuğu uğurla davam etdirilir və “Elektron Hökumət”in infrastrukturunun formalaşmasında əsas komponentlərindən biri respublikanın bütün ərazisini tam şəkildə əhatə edən “AzDataCom” şəbəkəsidir. Məlumat Hesablama Mərkəzi (MHM) etibarlı və sərfəli bir tərəfdaş olaraq daima öz fəaliyyətində müştəri məmnunluğunu əsas prioritet hesab edir və  “AzDataCom” şəbəkəsi üzərindən fiziki və hüquqi şəxslərə keyfiyyətli internet və Data xidmətləri  göstərilməsini təmin etməyə çalışır. Əsas məqsəd müştərilərə münasib qiymətlərlə keyfiyyətli xidmətin gösrərilməsidir. Məlum olduğu kimi, MHM Mərkəzi Bankın Milli Ödəniş sistemlərinin (XÖHKS və KÖMİS) əsas inteqratorudur və Respublikada fəaliyyət göstərən bütün bankların milli ödəniş sistemlərinə inteqrasiyası prosesində mühüm rol oynayır.

     Fiziki və hüquqi şəxslərə, eləcə də korporativ müştərilərə göstərilən xidmətin səviyəssinin və müştəri məmnunluğunun artırılmasını öz fəaliyyətində əsas prinsip götürən MHM “AzDataCom” şəbəkəsinin istifadəsiz resurslarının funksionallaşdırılması məqsədilə vaxtaşırı tədbirlər həyata keçirir. Belə ki yerli biznes mühitinin öyrənərək bazarın stimullaşdırılması üçün 2014-cü ildə MHM-in mütəxəssisləri respublikamızın müxtəlif regionlarına dəfələrlə ezam edilmişlər. Məqsəd Bakı və regionlar arasında rəqəmsal fərqlərin aradan qaldırılması, rayon və qəsəbələrdə əhalinin internet təminatının yaxşılaşdırılması və bununla da informasiya cəmiyəttinin inkişafına öz töhfəsini verməkdir.

       Yeni xidmət sahələrinin  (İP TV, E-Hökümət və E-imza həlləri və Video müşahidə həlləri) bazarda rəqabətədavamlı və keyfiyyətli xidmət kimi təqdim edilməsi məqsədilə xüsusi bazar iştirakçıları ilə birgə fəaliyyət qurulur. “Elektron Hökümət” portalı vasitəsilə kreditlərin rəsmiləşdirilməsi, elektron arayışların verilməsi  ilə banklara  elektron xidmətlərin təqdim edilməsi ilə bağlı müvafiq işlərin aparılması davam etdirilir. Görülən tədbirlər nəticəsində genişzolaqlı internet xidmətlərinin satış həcmi Bakı və regionlarda 2014 - 2015-ci ilin əvvəlinə 20% artmış və ADSL istifaçilərinin sayı 4.430 nəfərə  çatmışdır.

       Data kanallar və ayrılmış xətlər vasitəsilə internet xidməti alan şirkət və müəssisələrin də sayı xeyli armışdır. Belə ki, həm yeni şirkətlər (İnkişaf üçün maliyyə MMC, Avromed MMC, Easypay MMC,  Modenis MMC və s.), həm də öncədən qoşulan şirkətlərdə sürət artımları və yeni  qoşulmalar olmuşdur. Mütəmadi olaraq korporativ müştərilərə qiymətlərlə bağlı endirimlər təqdim olunur və müxtəlif kampaniyalar keçirilir.  Əsas məqsəd müştəri məmnunluğunu təmin etmək və göstərdiyimiz xidmətin səviyyəsini və keyfiyyətini artırmaqdır.