Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Avstraliyada rəqəmsal sürücülük vəsiqələrindən istifadəyə keçilir

1965
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Avstraliyanın cənub-şərqində yerləşən Yeni Cənubi Uels ştatı əhaliyə sürücülük vəsiqələrinin rəqəmsal versiyasını təklif edir. Növbəti dörd il ərzində ştatın sakinləri plastik vəsiqələri əvəz edəcək rəqəmsal lisenziyalardan istifadə edəcəklər.

Hakimiyyətdə olan Liberal-Milli Koalisiya partiyası növbəti seçkilərdə də qalib olsa, növbəti dörd il ərzində sürücülük, gəmi və balıqçılıq üçün tələb olunan lisenziyalar da rəqəmsal formatda vətəndaşlara təqdim ediləcək.

Hazırda,  Avstraliyada 123 müxtəlif növlü lisenziyalar tətbiq olunur və hər il 2,8 milyon plastik kartlar istifadəyə verilir. Bu da on milyonlarla dollar artıq vəsaitin xərclənməsi deməkdir. Qeyd edək ki, cari lisenziyalardan istifadə ləğv olunmayacaq və vətəndaşlar rəqəmsal lisenziya və cari lisenziya arasında seçim etmək hüququna malik olacaq.