Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Elektron Hökumət” portalının operatoru tərəfindən növbəti təlimlər təşkil olundu

2803
Mətni çap edin Mətni kopyala t1 t0 t2

"Elektron Hökumət"üzrə növbəti təlimlər “Amrahbank”ın əməkdaşları ilə keçirildi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “Amrahbank” arasında bağlanılan müqaviləyə əsasən vətəndaşlar bankın filiallarında quraşdırılmış xüsusi terminallar vasitəsilə “Elektron Hökumət” portalının xidmətlərindən istifadə edə biləcəklər. E-xidmətlərin yüksək səviyyədə təşkili üçün ilk növbədə bank işçilərinə portal üzrə praktiki biliklər aşılandı.

Belə ki, MHM-in əməkdaşları Esmira Muradova və Seymur Məmmədov tərəfindən portaldan və elektron imzadan istifadə əyani nümayiş etdirildi. Təlim çərçivəsində kredit əməliyyatlarının sadələşdirilməsinə xidmət edən elektron arayışlar və digər müvafiq xidmətlər test edilməklə bu xidmətlərin praktiki mahiyyəti iştirakçıların nəzərinə çatdırıldı. Təlim iştirakçıların sualları əsasında müzakirələrlə davam etdi.

Qeyd edək ki, artıq “Amrahbank”  portalın operatoruna müraciət edərək portala qoşulmaq istəyini bildirib. Tezliklə, “Amrahbank”a müraciət edən vətəndaşlar da bankın müvafiq xidmətlərindən yararlanmaq üçün tələb olunan arayışları portal üzərindən elektron formada banka ünvanlaya  biləcəklər.