Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Vətəndaşlarımız "Elektron Hökumət" portalı üzərindən daha 4 elektron arayışı əldə edə biləcəklər

10752
Mətni çap edin Mətni kopyala t1 t0 t2

 Bu gün "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızn istifadəsinə verildi. İstifadəçilər tərəfindən səbirsizlilə gözlənilən həmin  e-arayışlar aşağıdakılardır:

  •    Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
  •    Yaşayış yeri haqqında arayış
  •    FİN-ə görə fərdi məlumatların axtarışı
  •    Diplom haqqında məlumatlar

Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür. 
Yaşayış yeri haqqında arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər.  E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür . 
FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:

  •     Soyad, ad, ata adı
  •     FİN
  •     ŞV verilmə tarixi
  •     Etibarlılıq tarixi
  •     Verən orqanın adı
  •     Vətəndaşlıq
  •     Yaşayış ünvanı
  •     Doğum yeri
  •     Doğum tarixi
  •     Boy
  •     Qan qrupu 
  •     Ailə vəziyyəti
  •     Hərbi vəzifə
  •     Cins
  •     Göz rəngi 

Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:

  •     Qəbul olduğu təhsil müəssisəsinin adı
  •     Qəbul olduğu ixtisas
  •     Yerdəyişmə üzrə məlumatlar
  •     Bitirdiyi Təhsil müəssisəsinin adı
  •     Bitirdiyi ixtisas
  •     Fakultə
  •     Təhsil pilləsi
  •     Təhsil forması
  •     Təlim dili
  •     TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
  •     Təhsil müəssisəsinə daxil olduğu il
  •     Təhsil müəssisəsini bitirdiyi il
  •     Diplomun seriya və nömrəsi
  •     Diplomun növü

                                                                                                                                                                     

E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür.

Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə  daxil olmaq kifayətdir. 

Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür.