Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Gürcüstanda e-viza tətbiq olunur

2981
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Gürcüstanın Xarici İşlər Nazirliyi turistlər və biznes ziyarətçilərinə qısa müddət ərzində rahatlıqla viza əldə etmək üçün e-viza portalını istifadəyə verib. Artıq ziyarətçilər üç sadə mərhələni keçməklə, Gürcüstan Səfirliyinə və Konsulluq İdarəsinə baş çəkmədən turist və biznes vizalarını ala bilirlər. Bu mərhələlər aşağıdakılardır:
•    portala müraciət etmək
•    onlayn ödəniş etmək
•    hazır e-vizanı çap etmək.

 Elektron vizanın üstünlükləri:

    Səfirliyə və Konsulluq İdarəsinə  görüş təyin etməyə və ya sənədlərin əslini təqdim etməyə ehtiyac yoxdur;
    E-viza üçün internet olan istənilən yerdən müraciət etmək mümkündür; 
  Sadə və rahat şəkildə əldə olunan  elektron viza xarici pasporta vurulan yapışqan viza ilə eyni hüquqi qüvvəyə malikdir.

Ziyarətçilərə bu xidmətin reallaşdırılması üçün zəruri olan şeylər - internet əlaqəsi, kredit və ya debet kart və sənədlərin skan edilmiş surətləridir. Qeyd edək ki, e-viza üçün müraciət edərkən vətəndaşlıqdan asılı olaraq müxtəlif tələblər mövcuddur. Bəzi hallarda qüvvədə olan Şengen və  İƏİT üzv ölkələrin vizası və ya daimi yaşayış izni məcburidir. Ziyarətçilər  bu tələblərlə səyahət edəcəyi ölkəyə uyğun sənədləri və səyahət tarixini seçdikdən sonra tanış ola bilirlər. Nəzərinizə çatdırırıq ki, tələb olunan bütün sənədlərin əslini Gürcüstanın dövlət sərhədində təqdim etmək məcburidir.
Xatırladaq ki, daha öncə Gürcüstana səfər etmək istəyən əcnəbilər öz ölkələrindəki Gürcüstan səfirliyinə müraciət etməli olurdular. Gürcüstan hökuməti ümid edir ki, yeni sistem ölkənin turizm sektorunun inkişafına geniş imkan yaradacaq.