Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

İsveçdə vətəndaşlar sürücülük vəsiqələrini almaq üçün elektron şəkildə müraciət edə bilirlər

1840
Mətni çap edin Mətni kopyala t1 t0 t2

İsveçdə vətəndaşların sürücülük vəsiqəsi almaq üçün müraciət etmək prosesinin asanlaşdırılması məqsədilə Nəqliyyat Agentliyi tərəfindən ölkənin müxtəlif yerlərində 40-dan çox qeydiyyat köşkləri quraşdırılmışdır. Vətəndaşlar bu köşklər vasitəsi ilə əlverişli və etibarlı şəkildə sürücülük vəsiqəsi almaq üçün müraciət edə bilərlər. Bu köşklərdə sürücülük vəsiqəsi almaq üçün qeydiyyat prosesi çox asan və sürətli şəkildə aparılır. Müraciət edənlər köşkə yaxınlaşaraq dili seçir, fərdi ID nömrəsini və doğum tarixini daxil edir. Daha sonra, şəkilçəkmə prosesi başlayır. Şəkil HD kamera ilə çəkilir və ilkin baxış ekranda göstərilir. Ümumilikdə, bütün proses bir dəqiqə ərzində tamamlanır.
Bundan sonra istifadəçi ikinci mərhələyə keçir. Bu imza atma prosesidir. Müraciət edən xüsusi qələmdən istifadə edərək panelə imzasını qeyd edir və onun imzası dərhal ekranda göstərilir. Hər bir mərhələdə istifadəçiyə təsdiqləmək və ya geri qayıtmaq imkanı verilir.
Yekunda bütün məlumatlar ekranda göstərilir. İstifadəçi daxil etdiyi məlumatları təsdiq edir və qeydiyyat prosesi tamamlanır. 
Daha sonra, istifadəçi səlahiyyətli şəxsə yaxınlaşır və şəxsiyyət vəsiqəsini təqdim edir. Səlahiyyətli şəxs məlumatların doğruluğunu İD nömrə üzrə yoxlayır. İstifadəçi sürücülük vəsiqəsinin elektron versiyasını ekranda görə bilir.
Son olaraq sürücülük vəsiqəsinin çap olunması barədə bildiriş sistemə geri göndərilir. Bununla da, müraciət edən şəxs bir neçə gün sonra sürücülük vəsiqəsini əldə edə bilir.