Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni dövlət informasiya sisteminin ilkin variantının təqdimatı keçirilmişdir

2861
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli «Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanının və Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli «Elektron hökumət» portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı»nın və İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərinin «Elektron hökumət» portalına qoşulması üçün Texniki Tələblər»in təsdiq edilməsi haqqında qərarının icrası ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri birgə iştirakı ilə  uyğun dövlət informasiya sistemi hazırlanmışdır.

16.04.2015 tarixdə Dövlətqaçqınkomda informasiya sisteminin ilkin variantının təqdimatı və müzakirəsi keçirilmişdir. Tədbirdə Dövlətqaçqınkomun sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, Komitənin aidiyyatı şöbə və sektor rəhbərləri, Komitə üzrə təyin olunmuş layihə koordinatoru Mahir Dadaşov, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və digər mütəxəssislər iştirak etmişlər. G.Fərhadov bildirmişdir ki, müasirləşən və qloballaşan dünyada internetdən, informasiya texnologiyalarından, sosial şəbəkələrdən, onlayn mediadan, elektron hökumətdən, elektron xidmətlərdən istifadə bütün dünya ölkələrinin ictimai-siyasi və iqtisadi həyatının formalaşmasında mühüm önəm daşıyır.

 

                                                   

Bu baxımdan Dövlətqaçqınkomda da müəyyən işlər görüldüyünü diqqətə çatdıraraq o, qeyd edib ki, dövlət büdcəsindən aylıq yemək xərci alan məcburi köçkünlərin əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş adlı siyahalarının dəqiqləşdirilməsində, bu sahəyə nəzarətin gücləndirilməsində, baş verə biləcək neqativ halların vaxtında üzə çıxarılmasında və dərhal qarşısının alınmasında, xüsusilə bu sahədə şəffaflığın təmin olunmasında, vətəndaşlara xidmətlərin daha operativ və şəffaf olaraq elektron xidmətlər vasitəsilə göstərilməsi məqsədilə  müasir tələblərə cavab verən bu informasiya sisteminin olduqca böyük əhəmiyyəti vardır. G.Fərhadov bildirmişdir ki,"Bu informasiya sistemi Güzəşt tətbiq edilən məcburi köçkünlərin siyahısını, onların yerdəyişməsini, müvafiq qaydalara uyğun yeni məcburi köçkünlərin həmin siyahılara daxil edilməsini, digər qurumlardan olan göndərişləri və bu kimi, ümumi hesabatları özündə cəmləşdirir və elektron hökumət portalına inteqrasiya edilmişdir. Bundan sonra qeyd olunan sahə üzrə daha tez və operativ məlumatlar əldə edilməsində, məcburi köçkünlərin adlı siyahılarının araşdırılmasında və dəqiqləşdirilməsindəmüxtəlif statistik məlumatların hazırlanmasında sistemin imkanlarından tam istifadə etmək mümkündür.

Qeyd olunmalıdır ki, layihənin hazırlanması, istismara verilməsi  və texniki dəstəyi  Dövlətqaçqınkomun müraciəti əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ödənişsiz əsaslarla həyata keçirilmişdir və davam etdirilir.

Daha sonra RYTN Məlumat Hesablama Mərkəzinin direktor müavini Nazim Mədətov informasiya sisteminin ilkin variantını təqdim edib və sistemin tərtibatı, imkanları, istifadə qaydaları və orada yerləşdirilən bölmələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və müxtəlif sualları cavablandırıb.

Qeyd olunmuşdur ki, görülmüş işlərin nəticəsində, həmçinin informasiya sisteminin yaradılmasına dövlət büdcəsindən ayrılacaq vəsaitə qənaət olunmuşdur.