Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron hökumət” portalı üzərindən təqdim edilən elektron CV-lər daha etibarlı olacaq

16308
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Hamıya məlumdur ki,  yaxşı və dürüst tərtib olunmuş CV ilə iş üçün müraciət etdikdə nəticənin də müsbət olması ehtimalı daha çox olur. Bu faktdır ki, bəzi CV-lər həqiqətən də diqqət çəkir, bəziləri isə cavabsız qalır. Ona görə də, insanlar bu vacib işə saatlarını, hətta günlərini sərf edirlər. CV hazırlayarkən hansı göstəriciləri qeyd edək, professional vərdişlər  yoxsa işgüzarlıq səviyyəsi, necə edək ki, müsahibəyə məhz bizi dəvət etsinlər deyə hər kəs düşünür.
Xüsusilə özünə ilk iş yeri axtaranlar üçün bu proses daha çətin olur. Eyni zamanda işəgötürən müəssisələrin və şirkətlərin aidiyyatı strukturları bəzən CV-lərdəki məlumatların dürüst olmadığının şahidi olurlar ki, bu da hər iki tərəfin lüzumsuz vaxt itkisinə gətirib çıxarır.
Tezliklə “Elektron hökumət” portalının təqdim edəcəyi “Elektron CV xidməti” sayəsində bu problem əsaslı şəkildə həll olunacaq. Bu CV-ləri hər kəs portalda aidiyyatı elektron xidmətə daxil olmaqla işləmək arzusunda olduğu istənilən müəssisəyə elektron şəkildə təqdim edə biləcək. Bu CV-lər işə qəbul olmaq istəyənlərlə yanaşı işəgötürənin də işini xeyli asanlaşdıracaq. 
Bir necə dövlət qurumunun İnformasiya Sistemindən istifadə edilərək yaradılacaq elektron CV-lər obyektiv, dəqiq, ətraflı olmaqla bərabər, işəgötürənin  qiymətləndirmədə yanılma riskini də minimuma endirəcək. 
Elektron CV-də şəxs haqqında aşağıdakı məlumatlar öz əksini tapacaq:
 *    Daxili İşlər Nazirliyinin İnformasiya Sisteminə əsasən
o    Vətənadşın soyadı, adı və ata adı
o    Fotoşəkli 
o    İmzasının fotosurəti
o    Şəxsiyyət vəsiqəsinin seriya, N-si, FİN-i
o    Doğulduğu yer
o    Hazırda qeydiyyatda olduğu yer

*     Tələbə Qəbulu Dövlət Komisiyasının İnformasiya Sisteminə əsasən
o    Vətənadşın soyadı, adı və ata adı
o    Vətəndaşın doğum tarixi və qəbul olduğu tədris ili
o    Qəbul üçün əsas
o    Təhsil müəssisəsinin adı
o    Təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması barədə məlumat
o    Təhsil səviyyəsi
o    İxtisasın şifri, adı və təhsilalma forması
o    Təhsil üzrə cari vəziyyət 
o    Diplomum seriya, nömrəsi və qeydiyyat nömrəsi
o    Diplomun verilməsi haqqında əmrin tarixi
o    Diplomun növü

*     Əgər şəxs əvvəllər işləyibsə, ƏƏSMN-nin və DFSMF-nin İnformasiya Sistemlərinə əsasən 
o    İş yeri,
o    Vəzifəsi,
o    Son illər və aylar üzrə əmək haqları barədə məlumat və s.
Qeyd edirik ki, bu elektron xidmət nəticəsində həm də saxta diplomlardan istifadə halları birmənalı olaraq aradan qalxmış olacaq.