Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır

1901
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və dövlət monitorinqinin aparılması, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlər arasında münasibətlərin inkişafı məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli,102 nömrəli qərarına əsasən Mədəniyyət sahəsində elektron məlumat sisteminin təşkili ilə bağlı proqram təminatı və mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

Elektron məlumat sistemini (informasiya resursunu) mədəniyyət sahəsindəki məlumat bazalarının sistemli formada birləşdirilməsini, bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə və təhlükəsizliyinin təmin edilməsini, sistem üzrə axtarışların aparılmasını, digər funksional əməliyyatların həyata keçirilməsini təmin edən xüsusi proqram kompleksi təşkil edəcək. Elektron məlumat sisteminin strukturuna inzibatçıda olan mərkəzi server və iştirakçının bu sistemə qoşulmasını təmin etmək imkanına malik olan bir və ya bir neçə kompyuterləşdirilən iş yerləri daxildir. Mədəniyyət sahəsinə dair məlumat bazası elektron məlumat sisteminin mərkəzi serverində yerləşəcək.

Dövlət orqanları, hüquqi və fiziki şəxslər elektron məlumat sistemindən məlumat almaq üçün bilavasitə elektron məlumat sisteminin inzibatçısına sorğu vasitəsilə müraciət edəcəklər. Daxil olan sorğu inzibatçı tərəfindən öyrənilərək 7 iş günü müddətində onun icrası təmin ediləcək.