Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Estoniyanın paytaxtı Tallin şəhərində “e-İdarəçilik” üzrə beynəlxalq konfrans davam edir

2043
Mətni çap edin Mətni kopyala t1 t0 t2

11-13 may tarixlərində nəzərdə tutulmuş "e-İdarəçilik" üzrə beynəlxalq konfrans dünən “Dövlət idarəçiliyi islahatları” seminarı ilə öz işinə başlayıb.  Elektron hökumət quruculuğuna həsr olunan konfransda elektron idarəetmə sahəsi üzrə dünyanın aparıcı ekspertləri, hökumət, biznes, akademiya nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti qrupları iştirak edirlər.

Konfransda mühazirəçi qismində Ukrayna Elektron İdarəçilik üzrə Dövlət Agentliyinin birinci müavini Taras Oliinyk, Belçikadan İKT və E-hökumət üzrə nümayəndə Frank Leyman, Estoniyanın Rəqəmsal İdarəçilik Qaydaları üzrə məsləhətçisi Siim Sikkut eləcə də, Azərbaycandan Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Konfransın açılış seminarında Estoniyanın prezidenti H.E.Toomas Hendrik Ilves çıxış edərək Estoniyanın “Elektron Hökumət” quruculuğundan bəhs etmişdir. O, “Elektron Hökumət” quruculuğunun əsas üstünlüklərinin - şəffaflıq, effektivlik və cavabdehlik olduğunu xüsusilə vurğulamışdır.

Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək konfrans iştirakçılarına Azərbaycanda Elektron İdarəçilik üzrə görülən işlər barədə ətraflı məlumat vermişdir. O, Azərbaycanda qurulmuş “Elektron Hökumət” infrastrukturunun beynəlxalq təcrübəyə əsaslandığını vurğulamışdır. Məruzəçi “Elektron Hökumət” portalı və startup layihələri üzrə də geniş məlumat vermişdir.

“Elektron Hökumət” portalının operatoru - RYTN-nin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov yarandığı gündən bu günədək portalın keçdiyi inkişaf mərhələləri üzrə ətraflı məlumat vermiş, portal üzərindən təqdim olunan aktual elektron xidmətləri qeyd etmişdir. "Elektron Hökumət" portalı üzrə mövcud statistik göstəriciləri vurğulayan məruzəçi, bu sahədə əldə olunmuş nailiyyətlərin və portala geniş istifadəçi marağının olmasının qurumlar ilə əlaqəli fəaliyyətin nəticəsində əldə olunduğunu qeyd etmişdir.
Qeyd edək ki, konfrans çərçivəsində nazir müavini E.Vəlizadənin 13 may tarixində konfransın bağlanış mərasimində çıxışı planlaşdırılıb.