Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Startup Azərbaycan 2015” müsabiqəsinin və “Elektron Hökumət” portalının elan etdiyi "Bax, istifadə et, yarat" mobil tərtibatların hazırlanması üzrə müsabiqənin finalçıları elan olundu

1918
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Bu gün Park İnn otelində  “Startup Azərbaycan 2015” milli konfransı keçirildi və “Startup Azərbaycan 2015”  müsabiqəsinin və “Elektron Hökumət” portalının elan etdiyi "Bax, istifadə et, yarat" mobil tərtibatların hazırlanması üzrə müsabiqənin finalçıları və fərqlənənlər elan olundu.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, CyberNet və SİNAM şirkətlərinin, Elektron  Hökumət Portalının, Yüksək Texnologiyalar Parkının, “Fabrika”- Kovorkinq Mərkəzinin nümayəndələri, startup komandaları, investorlar, İT şirkətlər, mentorlar və ekspertlər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açıq elan edən O.Gündüz sözü nazir müavini E.Vəlizadəyə verdi. 

E.Vəlizadə ölkəmizdə İKT sahəsinin inkişafına ən yüksək səviyyədə diqqət verildiyindən və startup  layihələrinin əhəmiyyətindən bəhs etdi. O, xarici ölkələrin bu sahədəki təcrübəsi barədə məlumat verdi və  bu kimi layihələrə xüsusi önəm verildiyini vurğuladı. Azərabycanda da  startup  layihələrinə həmişə RYTN tərəfindən hər cür dəstək verildiyini və gələcəkdə də bu dəstəyin davam etdiriləcəyini vurğuladı. Nazir müavini tədbir iştirakçılarını daha aktiv olmağa, onları ciddi və aktual əhəmiyyət kəsb edən layihələr hazırlayıb təqdim etməyə səslədi.

Digər təşkilatçılar da çıxış edərək tədbirin əhəmiyyətindən, bu sahədə beynəlxalq təcrübədən bəhs etdilər və gəncləri daha aktiv və təmkinli olmağa səslədilər. Qeyd olundu ki, dünyanın hər yerində  startup layihələrin orta hesabla 5-10 %-i uzunmüddətli olur, qalanlar isə bazar iqtisadiyyatının sərt tələblərinə cavab vermədiyindən sıradan çıxır. Buna baxmayaraq həvəsdən düşmək olmaz və bu sahədə səbirli və təmkinli olmaq çox vacibdir.

Sonra “Elektron Hökumət” portalının nümayəndəsi İlqar Abdullayev məlumat verdi ki, Məlumat Hesablama Mərkəzi tərəfindən cari ilin yanvar ayında "www.data.gov.az” portalı istifadəyə verilmişdir və hazırda portalda müxtəlif dövlət qurumları üzrə 21 adda məlumat bazaları açıq edilmişdir. Qeyd olundu ki, açıq məlumatların sayının artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir və tezliklə gözlənilən nəticələr əldə olunacaqdır. Açıq məlumatların istifadəsi üzrə mütəmadi olaraq təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir. Cari ilin yanvar ayında MHM tərəfindən "Bax, istifadə et, yarat" adlı veb və mobil tərtibatların hazırlanması  müsabiqəsinə start verilmişdir. Məruzəçi qeyd etdi ki, bu müsabiqə “Startup” müsabiqəsi ilə birgə həyata keçirilmişdir və müsabiqəyə maraqlı layihələr təqdim edilmişdir. Qeyd edildi ki, müsabiqənin elan edilməsindən keçən dövr ərzində bir çox ali təhsil müəssisələrində, kolleclərdə müxtəlif seminarlar təşkil olunmuş, startupçılarla görüşlər keçirilmiş və iştirakçılara izahlı məlumatlar verilmişdir.

İ.Abdullayev çıxışının sonunda bildirdi ki, portaldakı açıq məlumatlardan istifadə edərək bir çox veb və mobil tərtibatların hazırlanması mümkündür və  o, startupçıları data.gov.az-dakı məlumatlardan istifadə edərək layihələr hazıralamağa və daha aktiv olmağa dəvət etdi.

Tədbir iştirakçıların maraqlı sualları və  təklifləri əsasında diskussiya şəklində davam etdi.

Tədbirin sonunda finalçılar və aşağıdakı nominasiyalar üzrə fərqlənənlər öz startupları ilə tədbir iştirakçıları qarşısında qısa müddətli təqdimatlarını etdilər və onlara diplomlar və qiymətli hədiyyələr təqdim olundu:

- Ən motivasiyalı komanda

- GoMap mobil tətbiqləri

- E-gov mobil tətbiqləri

 

 

Bununla da tədbir başa çatdı.