Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycan və Bolqarıstan hökumətləri arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edildi

1701
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Prezident İlham Əliyev Azərbaycan və Bolqarıstan hökumətləri arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Müvafiq Saziş üzrə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən müddəaların həyata keçirilməsi təmin etməli,  Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, Azərbaycan-Bolqarıstan hökumətləri arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında saziş 4 Mart 2015-ci il tarixdə Sofiyada Prezident İlham Əliyevin və Baş nazir Boyko Borisovun geniş tərkibdə görüşü zamanı imzalanmışdır. Saziş iki hökumət arasında elektron idarəçilik,  informasiya təhlükəsizliyi, standartlaşdırma, informasiya cəmiyyətinin inkişafı üzrə ikitərəfli işgüzar əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır.