Bank sektoru ilə "Elektron Hökumət" portalı arasında birgə əməkdaşlıq müvəffəqiyyətlə davam etməkdədir. Bu müddətdə aktuallığı ilə bir çox sahələrin, xüsusilə də maliyyə sektorunun diqqətini cəlb edən elektron arayışların tətbiqi üçün mühüm addımlar atılmışdır. Bir çox banklar və maliyyə-kredit təşkilatları “Azdatacom” telekommunikasiya şəbəkəsi vasitəsiləPortalın operatoru Məlumat Hesablama Mərkəzilə rabitə əlaqəsi yaradaraq Portalın xidmətlərinidən yararlanmağa başlayıblar. Bu gündən etibarən isə Bank Standard da rəsmi olaraq öz fəaliyyətində elektron arayışların tətbiqinə başlamışdır.
Portal vasitəsilə təqdim olunan elektron arayışların üstünlüyü aşağıdakılardır:
- * informasiyanın tamlığı;
- * informasiyanın dəqiqliyi;
- * informasiyanın əldə olunma rahatlığı;
- * şəffaflıq.
“Elektron Hökumət” portalı vasitəsilə elekton arayışı həftənin bütün günlərində, sutkanın istənilən vaxtı vahid virtual məkandan (www.e-gov.az) əldə etmək mümkündür.
Qeyd edək ki, hazırda 9 növdə arayış vətəndaşların istifadəsindədir. Tezliklə, elektron arayışların çeşidi artırılacaq və bütün sahələrdə tətbiqi mümkün ediləcəkdir.