Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

2334
Mətni çap edin Mətni kopyala t1 t0 t2

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Yüksək iqtisadi potensiala malik Respublikamızda gələcəyimiz olan uşaqların hüquqlarının qorunması və onların zəruri mühitdə yetişməsi üçün hərtərəfli tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş

“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” inkişaf konsepsiyasına uyğun olaraq, "Elektron Hökumət" quruculuğu üzrə atılan addımlar gələcəyin idarəçilərini, müəllimlərini, İKT işçilərini rəqəmsal innovativ cəmiyyətin tərkib hissəsinə çevirməkdədir.   

Qeyd edək ki, "Elektron Hökumət" quruculuğunun əsas komponenti olan "Elektron Hökumət" portalı cəmiyyətin gələcəyi olan uşaqlara xüsusi qayğısı ilə seçilir. Portal tərəfindən valideynlərə təklif olunan xidmətlər vaxtaqənaət və əlavə enerji sərfinin qarşısını almaqla uşaqlara daha çox qayğı göstərilməsinə vəsilə olmaqla yanaşı, birbaşa uşaqlarla bağlı xidmətlər də təklif edir. "Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi", "Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi", "Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi" ,  "Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış" və s. kimi e-xidmətlər valideynlərin ən çox müraciət etdiyi sosial xidmətlərdəndir.

Bundan əlavə, cari ildə "Elektron Hökumət" portalının Operatoru tərəfindən bir sıra xeyriyəçilik tədbirləri təşkil edilib. Belə ki,  2 saylı uşağ evinin və "Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Xüsusi Məktəb"in körpələri ziyarət edilmiş, portalın əməkdaşları öz diqqət-qayğıları ilə balacaları sevindirmişlər. Həmçinin, bu il bir sıra məktəblərdə, Avropa liseyi, Dünya məktəbi və s. şagirdlərlə görüş keçirilmiş, onlara İKT sahəsində yeniliklər, "Elektron Hökumət" quruculuğu ilə bağlı geniş məlumat verilmiş, gələcəyin xidmət təminatçıları ölkəmizdə baş verən mühüm innovativ dəyişiklər barədə  bilgiləndirilmişlər.