Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Yay istirahət mövsümünün başlanması ilə əlaqədar “Elektron Hökumət” portalı üzərindən təqdim edilən "GoMap elektron xəritə" elektron xidmətinin əhəmiyyəti daha da artacaq

2207
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hazırlanan "GoMap elektron xəritə" elektron xidməti cari ilin may ayında  “Elektron Hökumət” portalı üzərindən vətəndaşların istifadəsinə verildi.

"GoMap elektron xəritə" elektron xidməti bir neçə funksiyanı yerinə yetirir. Sözügedən xidmətin axtarış sistemi vasitəsilə istənilən obyektin (otel, məktəb, idman kompeksi, bank və s.) ünvanını tapmaq,  iki məntəqə arasında marşrutu müəyyən etmək mümkündür. Daha sonra, GoMap elektron xəritə vasitəsilə radius üzrə yaxınlıqda yerləşən məntəqəni öyrənmək mümkündür. "Hardayam?" bölməsi vasitəsilə olduğunuz yer barədə məlumat əldə edə bilərsiniz. Eyni zamanda, "GoMap elektron xəritə" vasitəsilə hətta marşrutların hərəkət istiqamətlərini belə öyrənə bilərsiniz.

Bir sözlə, elektron xəritənin yaratdığı imkanlar arasında nəqliyyat yolları haqqında, iki obyekt arasında marşrutun müəyyən edilməsi, ictimai nəqliyyatın hərəkət istiqamət və s. bu kimi imkanlar mövcuddur. Müvafiq proqram təminatı vasitəsilə, həmçinin istənilən obyektin (otel, məktəb, idman kompeksi, bank və s.) axtarışı da mümkündür.

Qeyd edək ki, "GoMap elektron xəritə" xidmətindən üç dildə - azəri, ingilis və rus dillərində istifadə etmək mümkündür.

Nəzərinizə çatdıraq ki, yenicə istifadəyə verilməsinə baxmayaraq "GoMap elektron xəritə" xidmətindən may ayı ərzində 1844 dəfə istifadə olunmuşdur.

Yay istirahət mövsümünün başlandığını nəzərə alsaq, “Elektron Hökumət” portalı üzərindən vətəndaşların istifadəsinə verilən bu xidmətin əhəmiyyətinin daha da artacağını proqnozlaşdırmaq mümkündür.