Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Hökumət" portalı biznes sektoruna hansı imkanlar təqdim edir...

4480
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Ölkəmizdə biznesin bütün sahələrinin inkişafına ən yüksək səviyyədə xüsusi diqqət yetirilir. Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayır.

Ötən il martın 3-də sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə ölkə Prezidenti “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanmışdır. Müvafiq fərman hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedurların, tikintiyə icazələrin verilməsi sahəsində prosedurların, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun, idxal-ixrac əməliyyatları zamanı tələb olunan prosedurların, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedurların sadələşdiriliməsi, habelə, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi məsələlərini əhatə edir.

Elektron hökumət quruculuğu sürətlə inkişaf etdiyi zamanda, onun mühüm komponenti olan “Elektron hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlərin yeni bizneslərin yaranmasında və inkişafında böyük əhəmiyyətə malikdir.

Biznes üçün ELEKTRON məlumatlar

İstənilən biznes layihəsinin hazırlanmasından tutmuş biznesin qurulması və inkişaf etdirilməsi məlumatlılıq tələb edən proseslərdir. Bu baxımdan "Elektron Hökumət" portalının biznes sahiblərinə təklif etdiyi elektron xidmətlərin çeşidi genişdir. Portal üzərindən Vergilər Nazirliyinin "Büdcə rekvizitləri barədə məlumatın verilməsi", "Şəxsin imza səlahiyyətləri barədə məlumatın verilməsi", "Vergi ödəyicisi ilə sual-cavab", "Vətəndaşların video qəbulu"; Dövlət Gömrük Komitəsinin "Malın adına görə malların təsvirin axtarışı", "Mənim idxal/ixrac əməliyyatlarım", "Nəqliyyatın idxalı üçün gömrük rüsumlarının hesablanması" və sair elektron xidmətlər geniş istifadə çərçivəsinə görə xüsusilə vurğulanmalıdır. Onlarla belə e-xidmətləri Əmlak Məsələləri Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi və sair qurumların xidmətləri arasında da görmək mümkündür.

Biznes üçün Açıq hökumət məlumatları...

Bu baxımdan, bu ilin yanvar ayında hazırlanaraq vətəndaşların istifadəsinə verilmiş Açıq Hökumət Məlumatları (data.gov.az) portalı xüsusilə vurğulanmalıdır. Açıq Hökumət məlumatları ictimai xarakter daşıyan informasiyanı (iqtisadi inkişaf statistikası, hava proqnozu, yağmur xəritəsi, seysmik zonalar xəritəsi, poçt məntəqələri, taksafon aparatları, benzindoldurma məntəqələri, nəğd ödəniş terminalları, rabitə tarifləri, şəhərlərarası və beynəlxalq kodlar və s.) vətəndaşların istifadəsinə təqdim edir və bu məlumatlardan, heç bir patent, ödəniş, lisenziya, icazə və məhdudiyyət olmadan istifadəçilər istənilən vaxt, istənilən formada yararlana bilərlər. "www.data.gov.az” portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarından fərd yönümlü xidmətlərin, müxtəlif servislərin hazırlanması üçün də istifadə edə bilərlər.

Açıq edilən məlumatlar əsasında yeni mobil və onlayn tərtibatlar yaradıla bilər. Belə applicationlar həmçinin, yeni yaradılacaq digər biznesin işinin təşkilində və inkişafında böyük əhəmiyyət kəsb edə biləcək. Nümunə üçün, data.gov.az portalı üzərindən açıq edilən "Verilmiş məntəqənin radiusunu daxil etməklə ətrafında olan obyektlərin axtarışı" məlumat bazası əsasında istənilən növdə naviqator tipli tərtibat hazırlana bilər və digər bir biznes sahəsi bu tərtibatdan məqsədəuyğun şəkildə yararlana bilər. Eləcə də, "nəqliyyatın idxalı üçün gömrük rüsumların hesablanması" məlumat bazası əsasında tərtibat yaradıla bilər", eynilə bu tərtibat nəqliyyatın idxalı ilə məşğul eləcədə , digər bizneslər faydalana bilərlər. Açıq Məlumatlar vasitəsilə hazırlanan mobil tərtibatlar həmçinin, geniş və şaxəli biznes sahələrinin yaradılmasına və inkişafına təsir göstərə biləcək. Beləki, Avropada hazırda belə bizneslərdən əldə olunan iqtisadi gəlir çox yüksəkdir. İctimai, dövlət və özəl sahələrdə geniş tətbiq olunan belə tərtibatların alıcısı kifayət qədərdir.

Dövlət qurumlarının saytlarını təhlil edərkən onlar tərəfindən bir çox məlumatların açıq formada yerləşdirildiyini müşahidə etmək olar. Lakin onlar maşın tərəfindən emal oluna biləcək formatda deyil. Qurumlar bu məlumatların formatını dəyişərlərsə, artıq təqdim edilən məlumatlar bu statusu almış olacaqdır. Hazırda bu istiqamətdə qurumlarla işlər aparılır və bu sahənin ölkəmizdə inkişafı hər bir qurumun səyindən və açıq edilmiş məlumat bazalarının sayından və məzmunundan birbaşa asılıdır.

Biznes üçün ELEKTRON xidmətlər:

“Elektron hökumət” portalı üzərindən təqdim olunan bütün xidmətlər şəffalıq, vaxtaqənaət və vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi prinsipləri üzrə hazırlanmışdır və hədəf ictimai rifah və sosial-iqtisadi tərəqqi üzərində mərkəzləşmişdir.

İstənilən sahədə geniş istifadə olunan e-imza sertifikatlarının rolunu xüsusilə qeyd etmək lazımdır. Məlum olduğu kimi, elektron imzanın kağız əməliyyatlarının ləğvi, sənədlərlə iş prosesində şəffaflıq,  eyni sənədlə istənilən sayda istifadəçinin işləmə imkanı, hesabatların hazırlanmasında avtomatlaşdırma,  idarəetmə effektivliyinin yüksəldilməsi və s. kimi istifadə səmərələri mövcuddur. Hazırda, hüquqi və fiziki şəxlər e-imzadan geniş istifadə etməkdədir. Bu vasitə ilə hər bir vətəndaş gündəlik sənədləşmə işlərinə sərf edəcəyi vaxt və səyi minimuma endirir. E-imza E-hökumət portalı üzərindən təqdim olunan bir çox xidmətlərin  həmçinin, bəzi məlumat sistemlərinin qeydiyyat sisteminin giriş açarıdır.

Daha sonra, portal üzərindən təqdim olunan bir çox xidmətlər yuxarıda qeyd edildiyi kimi, portalın fəaliyyətində şəffalıq, vaxtaqənaət və vətəndaş-məmur münasibətlərinin tənzimlənməsinə xidmət edir. Bu baxımdan portal üzərindən təqdim olunan xidmətlərdən istifadə edərək, istənilən biznes sahəsinin üzvü, ilk öncə zəruri əməliyyatları online icra edərək vaxtına qənaət edir, sonra, şəffaf şəkildə, heç bir əlavə səy sərf etmədən, qanunvericiliyə uyğun hökumətin təqdim etdiyi xidmətlərdən faydalanır.

Portal üzərindən 44 dövlət qurumu tərəfindən təqdim olunan 420 elektron xidmətlər arasından hər bir qurum üzrə biznes sahəsinə aid bir neçə xidmət görmək mümkündür. Bəzilərini nəzərinizə çatdıraraq, daha aydın olsun deyə praktiki nümunələr gətirmək istərdim:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barə işə götürənə məlumatın verilməsi", "İş yerinə dair arayış" və s. e-xidmətlər..

Vergilər Nazirliyinin bütün  xidmətləri irili-xırdalı biznes sahələri üçün nəzərdə tutulmuşdur. Bu xidmətlərin portal üzərindən bir mənbədən təmini vətəndaşların işini sadələşdirir.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi", " Sığortaedənin uçot nömrəsinin öyrənilməsi", " Sığortaolunanın onlayn uçota alınması", " Sığortaolunanlara məlumatların verilməsi" və s. e-xidmətlər..

Dövlət Gömrük Komitəsinin təqdim etdiyi altı xidmət birbaşa biznes sahələri üçündür. Eləcə də, digər qurumları,  Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və s. qeyd etmək olar.

 Digər qurumlar tərəfindən "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi", "kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi", " İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu" və s. e-xidmətlər..

Biznes üçün ELEKTRON dəstək

"Elektron Hökumət" portalının Operatoru olaraq RYTM MHM istər texniki, istərsə də təklif etdiyi innovativ xidmətlər vasitəsilə biznes sahələrini dəstəkləməyə hər zaman hazırdır. Bu strategiya hazırda bir neçə istiqamətdə reallaşdırılır.

Birinci istiqamət, hazırda elektron arayışlar ilə portal üzərindən 25-ə yaxın bank və lizing şirkətləri ilə əməkdaşlıq edərək vətəndaşlara sadələşdirilmiş xidmət təklif edir. Bu aydan etibarən Dövlət İpoteka Fondu ilə əməkdaşlığımız daha da genişləndirilib.

İkinci istiqamət, bayaq da qeyd etdiyim ki, MHM Açıq Hökumət Məlumatları üzrə startup layihələrinin təşkilatçısı və iştirakçısı kimi fəaliyyət göstərir. Bu il istər maarifləndirici, istərsə də motivasiya edici tədbirlərə geniş yer verilmişdir; “Bax, istifadə et, yarat” mobil tərtibatların hazırlanması üzrə müsabiqə keçirilmişdir.

Üçüncü istiqamət, cari ildə "Elektron Hökumət" infrastrukturu üzrə bir çox sahələrdə, xüsusəndə ali məktəblərdə, kolleclərdə e-hökumət istiqaməti üzrə maarifləndirici tədbirlər həyata keçirilmiş, bank işçilərinə, jurnalistlərə və gələcəyin iş adamları olan tələbələrə ölkədə cərəyan edən elektronlaşma prosesləri və startup layihələr barədə geniş məlumat verilmişdir. Gənclərin elektron məlumatlılıq səviyyəsinin yüksəldilməsi, dünya görüşün genişlənməsi məqsədilə təşkil olunan belə maarifləndirici təlimlər növbəti tədris ilindən etibarən RYTN MHM ilə Azərbaycan Texniki Universitetinin birgə təşəbbüsü ilə yaradılan elm-təhsil və texnologiyalar birliyi üzrə daha sistemli və mütəmadi reallaşacaq.

"Elektron Hökumət" və "E-imza"nın operatoru kimi RYTN MHM bütün qurumlarla və biznes sahələri ilə əməkdaşlığa daim açıqdır.