Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Rusiya Federasiyasının Açıq Hökumət Portalı

2338
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Hazırda Rusiya Federasiyasının Açıq Hökumət Portalında (data.gov.ru) ümumilikdə 2760 adda açıq məlumatlar bazası mövcuddur. Açıq Hökumət Portalına aid məlumat bazaları aşağıdakı kateqoriyalar üzrə qruplaşdırılmışdır:

*    İcra strukturları- 1503 
*    Təhsil - 388
*    İqtisadiyyat - 266
*    Səhiyyə-170
*    Mədəniyyət-102
*    Nəqliyyat-84
*    İdman-74
*    Ekologiya-58
*    Asudə və istirahət-30
*    İnşaat-30
*    Ticarət-18
*    Kartoqrafiya-10
*    Elektronlaşma-10
*    Turizm-10
*    Təhlükəsizlik-8
*    Meteo-məlumatlar-1

Portalın menyu hissəsi məlumatlar, kitabxana, ictimaiyyət, xidmətlər bölümündən ibarətdir. Məlumatlar bölümü öz növbəsində məlumatlar toplusu, təşkilatlar, interaktiv xəritə, məlumatlar üzrə sorğular və qaleriya üzrə sıralanmışdır. Məlumatlar toplusunda Açıq məlumatlar toplusunun Reyestri daxil olmaqla ümümi 2760 açıq məlumatlar yerləşdirilmişdir. İstifadəçi burada açıq məlumatları tarixinə görə dəyişdirə, baxış və yükləmə sayına görə sıralaya bilər. Həmçinin, hər bir açıq məlumatı xüsusi düymə vasitəsi ilə bəyənib, bəyənilməməsini qeyd edib, sosial şəbəkələr vasitəsilə paylaşmasını təmin etmək mümkündür. Məlumatlar CSV(2458), XML(266), ZİP(21), JSON(6), RDF(2) formatlarında yüklənmişdir.

Açıq məlumatların təchizatçısı qismində əsasən müxtəlif səviyyələrdəki (federal, reqional, bələdiyyə) dövlət orqanları çıxış edir. Lakin öz fəaliyyətinin şəffaflığında maraqlı olan digər təşkilatlar da məlumatların təchizatçısı rolunu yerinə yetirə bilərlər. Bu bölüm istənilən təşkilatlara Portalda geniş açıq məlumatlar toplusu yerləşdirməyə imkan verir.

Açıq məlumatlar üzrə sorğularda istifadəçi axırıncı sorğular haqqında məlumatları əldə edə bilirlər. Ümumi sorğuların sayı 82 təşkil edir, onlardan 17-si şəxsi məlumat xarakterlidir. Həmçinin ən populyar sorğuların siyahısını görmək mümkündür. Səhifədə sorğuların statistikası aparılır. Status bölümü göndərilən sorğuların faiz nisbətini xüsusi dairəvi diaqram vasitəsilə əks etdirir. Həmin bölüm moderator tərəfindən təsdiqlənən, dövlət orqanına göndərilən, cavablandırılan, təqdim olunan və rədd olunan sorğuların faiz nisbətini göstərir. Eyni qayda təşkilatlara görə və rubrika bölümlərinə şamil edilir.    

Rusiya Federasiyasının Açıq Hökumət Portalında istifadəçilər üçün sual ünvanlamaq, hər-hansı ideya təklif etmək, mövzu ətrafında müzakirə etmək, sorğu göndərmək  və online-konsultasiya bölümlərindən ibarət linklər yerləşdirilmişdir. Açıq Hökümət Portalına giriş (avtorizasiya) həmçinin, vkontakte, facebook, twitter kimi sosial şəbəkələr üzərindən mümkündür.

Kitabxana bölümünə sənədlər, lüğət, analitik blok, metodik blok daxildir.

İctimaiyyət bölümü tədbirlər, forum, bloqlar, müsabiqə, təkliflər bölümlərindən ibarətdir. Bu bölməyə daxil olaraq portal istifadəçiləri keçirilən tədbirlərlə, müsabiqələrlə tanış ola bilərlər. Həmçinin, "Forum"da fikir mübadiləsi apara bilər və "Təkliflər" bölməsində də portalın inkişafı üçün təklif verə bilərlər.

Müsabiqələr bölməsində açıq məlumatlar əsasında təşkil olunan müsabiqələr haqqında məlumatlar yerləşdirilir. Bura daxil olaraq həm keçirilmiş müsabiqələrə nəzər salınması, həm də keçirilməsi nəzərdə tutulan müsabiqələrə qatılmaq üçün ərizə göndərmək mümkündür. Portalda ümumilikdə 44 müsabiqə yerləşdirilmişdir, bunlardan 43-ü artıq keçirilmiş, 1-nin keçirilməsi isə 26-27 iyun 2015-ci il tarixlərində nəzərdə tutulmuşdur. Müsabiqənin üzərinə kliklədikdə qeyd olunan məlumatlar açılır: İştirak haqqı, Yer, Müsabiqənin növü, Tarix, Təşkilat, Əlaqə telefonu və s.

Tədbirlər bölməsinə daxil olduqda isə il, ay və günü seçərək hansı tədbirlərin keçirələcəyinə baxmaq mümkündür. Hal-hazırda, 26.06.2015-ci il tarixində ilk tədbirin keçirilməsi planlaşdırılır:

*  Хакатон Портала отрытых дaнных Data.gov.ru. Bu tədbirdə (“proqramçılar marafonu”) texnoloji, startap və kreativ birliklərin ən fəal nümayəndələri (analitiklər, menecerlər, proqramçılar, dizaynerlər, jurnalistlər) bir araya gələrək, maraqlı məsələlərin həlli üçün açıq məlumatları birlikdə təhlil edirlər.

Servislər bölməsi isə ixtiraçı, təchizatçı və təhlilçi bölməsindən ibarətdir.