Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Beynəlxalq Mətbuat Mərkəzində "Elektron xidmətlər"-lə bağlı 6 aylıq tərəqqi hesabatı təqdim edildi

2408
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Milli Şəffaflıq Sisteminin qiymətləndirməsi layihəsi çərçivəsində 29 İyun 2015-ci il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində "Elektron Xidmətlər və Elektron Hökumət sahəsində görülən işlər və problemlər" ilə bağlı son 6 ayı əhatə edən tərəqqi hesabatını geniş ictimaiyyətə təqdim etdi.

Təqdimat mərasimini Şəffaflıq Azərbaycan Təşkilatının İcraçı Direktoru Rəna Səfərəliyeva açdı. O qeyd etdi ki, Azərbaycanın dövlət idarəetməsində elektron xidmətlər sahəsi dinamik sahələrdən hesab edilə bilər. Bu sahədə olan problemlər əsasən maliyyə çatışmazlığı və kadr problemi ilə əlaqədardır.

Sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Dövlət reyestri şöbəsinin müdiri İlqar Abdullayev çıxış edərək, təmsil etdiyi qurumun elektron hökumət quruculuğu istiqamətində gördüyü işlərdən və gələcək planlardan söhbət açdı. Məruzəçi qeyd etdi ki, cari ilin keçən dövrü ərzində elektron hökumət sahəsində bir çox mühüm işlər həyata keçirilmişdir. Belə ki, artıq vətəndaşlar bir sıra arayışları (yaşayış, iş yerindən arayış, diplom haqqında arayış, kommunal borcun olmaması barədə arayış,vvətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış və s.) dövlət qurumuna getmədən elektron hökumət portalından əldə edə bilirlər. Bundan başqa, yanvar ayında açıq hökumət məlumatları portalı (data.gov.az) istifadəyə verilmişdir və hazırda, data.gov.az portalı vasitəsilə müxtəlif dövlət qurumları üzrə 21 adda məlumat bazaları açıq edilmişdir. MHM Açıq Hökumət Məlumatları üzrə startup layihələrinin təşkilatçısı və iştirakçısı kimi fəaliyyət göstərir.

MHM İcra Hakimiyyətləri ilə əməkdaşlıq edərək bir sıra sosial xidmətlərin elektronlaşması istiqamətində işlər görmüş, fikir və təcrübə mübadiləsi aparılmışdır. "Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna Elektron hökumət portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi” xidmətinin hazırda vətəndaşlar üçün daha çox aktual olduğu müəyyən edilmiş və bu xidmət xidmət tam şəkildə elektronlaşdıraarq istifadəyə verilmişdir. Hazırda 22 e-xidmət elektronlaşdırılmışdır və tezliklə portal üzərindən vətəndaşların istifadəsinə veriləcəkdir.

İ.Abdullayev bildirdi ki, cari ildə MHM tərəfindən bir çox ali məktəblərdə, kolleclərdə e-hökumət istiqaməti üzrə maarifləndirici tədbirlər həyata keçirilmiş, gələcəyin iş adamları olan tələbələrə ölkədə cərəyan edən elektronlaşma prosesləri və startup layihələr barədə geniş məlumat verilmişdir. Eyni zamanda yazı müsabiqəsi və mobil tərtibatların hazırlanması üzrə müsabiqə keçirilmişdir.

Həyata keçirilən tədbirlər sayəsində portaldakı e-xidmətlərdən istifadə sayı dinamik artmışdır. Belə ki, 1 iyun 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 1,9 milyon nəfərə çatmışdır və onlar 11,6 milyon dəfə e-xidmətlərdən istifadə etmişlər.

İ.Abdullayev sonda dövlət qurumlarının informasiya sistemlərinin elektron hökumət portalına inteqrasiyasının və qurumlararası məlumat mübadiləsinin zəruri olduğunu və bunun üçün bütün qurumların öz üzərlərinə düşən vəzifələrin vaxtında icra etmələrinin vacibliyini vurğuladı.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin innovasiyalar və strateji araşdırmalar şöbəsinin müdir müavini Fariz Cəfərov təmsil etdiyi agentliyin elektron xidmətlər sahəsində görülən işlərdən danışdı. O həmçinin qeyd etdi ki, VXSİA hazırda qurumlar tərəfindən göstərilən bütün xidmətlərin reyestrini yaradır, sözügedən reyestr yaxın müddət ərzində tamamlanacaqdır.

Daha sonra Milli Şəffaflıq Sistemi layihəsinin kordiantoru, Məhəmməd Muradov təqdimatla çıxış etdi. O monitorinq zamanı hər bir vətəndaşın doğulmasından tutmuş vəfat edən qədər ehtiyac duyduğu ictimai xidmətlərin monitorinqi həyata keçirdiyini vurğuladı.

Məruzəçi bir çox xidmətlərin elektronlaşdırılmasına ehtiyac olduğunu vurğuladı və qeyd etdi ki, hələ də daşınmaz əmlak, torpaq kadastr məlumatları, səhiyyə məlumatları, arxiv məlumatları tam elektronlaşmamışdır.

Tədbir mətbuat iştirakçıların sualları üzrə müzakirələrlə yekunlaşdı.