Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Azərsu” ASC-nin "Elektron Hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 3-ə çatdırıldı

3055
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Artıq   I qrup istehlakçılar su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaq üçün texniki şərtləri almaq məqsədilə müraciəti portal üzərindən elektron şəkildə göndərə bilərlər.

I qrup istehsalçılar dedikdə istehsal, xidmət və ticarət məqsədləri üçün istifadə olunmayan fərdi qarajlar, təsərrüfat tikililəri, fərdi yaşayış evləri, bağ və həyətyanı sahələr nəzərdə tutulur.

"I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması müraciəti" e-xidmətindən faydalanmaq üçün mövcud autentifikasiya vasitələrindən istifadə edərək portala giriş edib "Azərsu" ASC-nin xidmətləri arasından sözügedən xidməti seçməyiniz kifayətdir. "Elektron Hökumət" portalı üzərindən müvafiq müraciəti formalaşdırarkən sistem vətəndaşa aid məlumatları avtomatik əks etdirir, vətəndaş isə sadəcə  müraciət üzrə bəzi məlumatları daxil etmək həvalə olunur.

Beləliklə, "I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması müraciəti" e-xidmətdən istifadə edərkən vətəndaşlar vaxta qənaət edərək, bir neçə dəqiqədə ərzində müraciəti aidiyyatı quruma göndərə bilərlər.
 
Qeyd edək ki, “Elektron hökumət” portalı vasitəsilə su borcunun internet vasitəsilə öyrənilməsi və ödənilməsi də mümkündür. “Elektron hökumət” portalı üzərindən “Azərsu” ASC-nin göstərdiyi elektron xidmətlərin sayı 3-ə çatdırılıb.