Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Estoniyanın “Elektron Hökumət” portalı

2823
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Estoniya Elektron Hökumət sahəsində inkişaf etmiş ölkələrdən sayılır və Estoniyanın bu sahədəki təcrübəsi tərəfimizdən mütəmadi olaraq öyrənilir.

Estoniyada informasiya cəmiyyəti göstəriciləri:

* Bütün məktəblər və hökumət təşkilatları kompüterlə təchiz olunub.

* Bizneslə məşğul olanların 97%-i kompüterdən istifadə edir.

* Ailələrin 76%-nin evdə kompüteri var.

* Ölkənin bütün ərazisi genişzolaqlı internet  xidmətləri ilə əhatə olunub.

* 3G və 4G şəbəkələrdən istifadə edilir.

* Evlərin 75%-də genişzolaqlı internet  xidmətləri ndən istifadə edilir.

* Kifayəq qədər pulsuz ictimai WiFi zonaları mövcuddur.

* Bank köçürmələrinin 99%-i elektron formada yerinə yetirilir

Elektron Estoniya öz mənzilinizdən rahatlıqla seçkilərdə səs vermək deməkdir. Sadəcə 5 dəqiqə ərzində fiziki şəxsin gəlir vergisi barədə bəyənnaməsini doldurulması deməkdir. Mobil telefon vasitəsilə dünyanın istənilən yerindən internet üzərindən hüquqi qüvvəyə malik müqavilələrin imzalanması deməkdir. Bunlar sadəcə estoniyalıların müntəzəm olaraq istifadə etdiyi xidmətlərdən bir neçəsidir.

Estaniyalı sahibkarlar 18 dəqiqədə öz bizneslərini qeydiyyatdan keçirə, şirkətə məxsus əsas mülkiyyəti və sənədləri onlayn yoxlaya bilər və hətta öz şəxsi təhlükəsizlik xidmətlərini belə dövlət tərəfindən təqdim olunan xidmətlərlə birgə inteqrasiya edə bilərlər. Demək olar ki, Estoniya hökuməti idarə etmənin bütün səviyyələrinin səmərəsini artıraraq dövlət qurumları və hökumət-vətəndaş münasibətlərini tamamilə elektron Estoniyaya köçürməklə bürokratiyanı keçmişin bir predmetinə çevirmişdir.

Rəqəmsal cəmiyyət və infrastruktur

E-Estoniya rəqəmsal cəmiyyətinin əhəmiyyətli dərəcədə inkişafı onun infrastruktura görə mümkün olmuşdur. Estoniya vahid mərkəzi sistem əvəzinə, müxtəlif xidmətləri və məlumat bazalarını əlaqələndirən açıq, sərbəst sistem qurmuşdur. Bu açıq sistem vasitəsilə təmin olunan çeviklik rəqəmsal cəmiyyətin yeni komponentlərinin inkişafına və illər ərzində tədricən əlavələrin olunmasına şərait yaradır.

Estoniyanın "Elektron Hökumət" infrastrukturu  https://e-estonia.com/ səhifədində vətəndaşlara təqdim edilr. Portala daxil olarkən bir neçə bölmə qarşımıza çıxır. Həmin bölmələrə daxil olaraq Estoniyanın elektron hökumət quruculuğu barədə ətraflı məlumat əldə etmək mümkündür. Bu bölmələr aşagıdakılardan ibarətdir:

* Ümumi məlumat

* Komponentlər

* Nümunələr

* Nümayiş otağı

* İKT sənayesi ilə tanışlıq

* Xəbərlər

* Alət dəsti

* e-Rezident

Ümumi məlumat bölməsində elektron hökumət barədə ümumi məlumat verilir. Vətəndaşlar komponentlər bölməsinə daxil olaraq e-xidmətlərdən rahatlıqla istifadə edə bilərlər. Həmin bölmələr bir neçə qruplara bölünür: biznes, vətəndaşlar, təhsil, maliyyə, hökumət, səhiyyə, , ictimai təhlükəsizlik, kommunal.

Portalın komponentlər bölməsində e-sənəd, e-imza, e-biznes qeydiyyatı, e-qanun, e-polis,  e-resept, e-məktəb, e-vergi, e-sağlamlıq, e-şəxsiyyət vəsiqəsi və s. alt bölmələri mövcuddur.

Elektron şəxsiyyət vəsiqəsi (E-İD)

2002-ci ildən etibarən istifadəyə verilmiş milli elektron şəxsiyyət vəsiqələri hazırda əhalinin 90%-dən çoxunda var. E-vəsiqələrin əldə olunması bütün daimi sakinlər üçün məcburi edilmişdir. Vəsiqədə vətəndaş barədə mühüm məlumatlarla yanaşı, e-xidmətlərdən istifadə üçün  autentifikasiya və rəqəmsal imza üçün sertifikat mövcuddur.

E-sənəd

E-sənəd sisemi - sənəd mübadiləsi və sənədlərin rəqəmsal imza vasitəsilə imzalanması Estoniyada geniş istifadə olunur. Çünki rəqəmsal imzalar Estoniyada kağız imzalar kimi eyni hüquqi qüvvəyə malikdir. Bu sistemin təhlükəsiz, asan istifadə platforması hökumət təşkilatları, biznes və özəl şəxslərə faylları ötürmək və rəqəmsal sertifikatları əlavə etməyi mümkün edir. Şəxsiyyət vəsiqəsi və ya Mobil ID vasitəsi ilə E-sənəd sisteminə daxil olduqdan sonra istifadəçi hər hansı bir sənədi yükləyə və rəqəmsal olaraq imzalaya bilər.

Rəqəmsal İmza

Rəqəmsal imza sənədləri təhlükəsiz, hüquqi əsaslı elektron imzalanmasını mümkün edir.

Mobil İD

Estoniyada mobil İD 2007-ci ildən tətbiq olunur və təhlükəsiz autentifikasiya və rəqəmsal imzalama mobil İD vasitsəilə də mümkündür.

E-biznes qeydiyyatı

Estoniyanın e-biznes qeydiyyatı qabaqcıl və təhlükəsiz vasitədir, o sahibkarlara bir neçə dəqiqə ərzində heç bir notarius və ya quruma getmədən yeni qurulan biznesi onlayn qeydiyyatdan keçirməyə icazə verir. E-biznes qeydiyyatı sisteminin aşağıdakı funksiyaları mövcuddur:

* İnternet üzərindən yeni şirkət qeydiyyatı

* Biznes qeydiyyatı üzrə məlumat dəyişdirilməsi

* Şirkətin administrasiya üzvlərinin siyahısı

* Digər şirkətlərin ətraflı sorğuları

M-parkinq

Mobil Parkinq və ya m-Park rahat sistemdir. Bu sistem sürücülərə şəhərdə maşın parkinqi üçün mobil telefondan istifadə edərək ödəniş etməyə icazə verir. Paytaxt Tallində, bu sistem parkinq üçün ən geniş istifadə edilən ödəniş üsuludur.Sürücü parkinq etdiyi zaman parkinq ərazisinin kodunu SMS vasitəsilə parkinq ərazisinin sisteminə göndərir. Bu halda, polis yoxlanışı zamanı maşının qeydiyyat nömrəsi öz müvafiq məlumat bazasında yoxlanlılır, bu zaman parkinq ödənişinin olduğu həmin sistemdə dərhal əks olunur. Sürücü parkinqi tərk edən zamanda başqa SMS göndərir. Ayın sonunda, parkinq xərci sürücünün mobil telefon fakturasına əlavə edilir.

E-kabinet

Nazirlər kabinetinin üzvləri görüşlərini bu sistem vasitəsilə təşkil edir, sessiya iclaslarına hazırlaşırlar, bu iclasları müvafiq sistem vasitəsilə idarə edirlər və bu proseslər heç bir kağız olmadan həyata keçirilir.

E-hüquq

E-hüquq sistemi Estoniyanin Ədliyyə Nazirliyinin qanunvericilik layihəsi üçün hazırlanmış onlayn məlumat bazasıdır. Müvafiq sistem 2003-ci ilin fevral ayından etibarən qəbul edilən  bütün qanun layihələri vətəndanlara əl çatan edir.

E-Polis

Estoniyanın e-polis sistemi mümkün olan ən yaxşı kommunikasiya və koordinasiya prinsiplərini təmin edən sistemdir və sistem bu sahədə işlərin daha səmərəli icrasını mümkün edir. Bu sistem iki mühüm funksiyanı özündə birlşdirir: hər bir patrul maşınında quraşdırılmış mobil terminal və məntəqənin təyin edilməsi üçün məkan təyinetmə sistemidir.

E-Resept

Bu sistem tbbi reseptlərin  verilməsi üçün mərkəzləşdirilmiş kağızsız sistemdir. Apteklərdə bütün xəstələr e-şəxsiyyət vəsiqələrini təqdim edir və əczaçı xəstənin informasiyalarını e-İD vasitəsilə götürür və e- resepti doldurur.

E-Məktəb

Sistem tələbələrə, müəllimələrə və valideynlərə tədris prosesində əməkdaşlıq etməyə icazə verir. Sistem müxtəlif istifadəçi kateqoriyalarına uyğun e-xidmətlər təqdim edir. Bu kateqoriyalar: müəllimlər, şagirdlər, valideynlər və rayon administrasiyasını əhatə edir.

E-Vergi

E-Vergi sistemi 2000-ci ildə təqdim olunandan sonra fərdlər və sahibkarlar tərəfindən vergilərin ödənilməsinə sərf olunan vaxta əsaslı şəkildə qənaət edilir. 2002-ci ildə həmin sistemə vergi bəyannaməsinin avtomatik formalaşdırılması xidməti də əlavə edilərək inkişaf etdirilmişdir.

E-Səsvermə

E-Səs vermə seçiciyə dünyanın istənilən yerindən səs verməyə imkan verir.

Mobil ödəniş

Mobil telefondan istifadə etməklə mallar və xidmətlər üçün ödəniş etməyə imkan yaradır.

Əhali qeydiyyatı

Dövlət məlumat bazası Estoniyada yaşayan hər bir vətəndaş haqqında əsas məlumatları özündə cəmləşdirir.

Estoniayada elektronlaşma prosesi demək olar ki, bütün sahələri əhatə edir və təqdim olunan e-xidmətlərin çox hissəsi tam elektronlaşmışdır. Belə ki, vətəndaş istənilən yerdən istədiyi vaxta ona təqdim olan xidməti bütünlüklə onlayn icra edə bilir.

Estoniyanın elektron həllərinin nəticələri aşağıdakılardır:

* İdarə etmədə şəffaflığın və əl çatanlığın yüksək səviyyəsi;

*  Fərdi, hökumət və korporativ məlumatların təhlükəsiz, rahat və sürətli mübadiləsi;

* Sosial xidmətlərə asan çıxışı olan sağlam, daha yüksək təhsilli vətəndaşlar;

* Biznes və sahibkarlıq üçün əlverişli münbit mühit.

Bütün ölkələrdə olduğu kimi Estoniyada da elektron idarəçiliyin hazırki səmərəsi asanlıqla əldə olunmayıb, zamanla bu proseslərə əhali motivə edilərək və əhalinin aktiv iştirakı təmin edilərək, bütün qurumlar arasında sıx əlaqə və əməkdaşlıq şəraitində gözlənilən nəticələrə nail olunub.