Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilib

2318
Mətni çap edin Mətni kopyala t1 t0 t2

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilib.  Tədbir  Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökümət qurumları ilə qeyri-hökümət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamıdır. Görüşdə bir sıra dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin nümayəndələri, həmçinin “Elektron Hökumət” portalının nümayəndəsi iştirak edirdilər.

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərinin monitorinqini aparan qurum aşağıdakı nəticələri ortaya qoyub. AR Nazirlər Kabinetinin 191 nömrəli qərarına əsasən ƏMDK öz veb səhifəsində 6 elektron xidməti təmin etmək tapşırılsa da, qurum öz elektron xidmət portalında 31 elekton xidmət təklif etməkdədir. Lakin Nazirlər Kabinetinin qərarında əks olunmuş 1 elektron xidmət (Daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün elektron müraciətlər) qurumun rəsmi elektron səhifəsində təmin edilməmişdir. Sırf fərdi evlərin qeydiyyatı ilə bağlı isə 11 elektron xidmət göstərilməkdədir. Bunlardan 4-ü informativ və 7-si isə interaktivdir. 4 informativ elektron xidmət tam avtomatlaşmış şəkildə fəaliyyət göstərir və bu xidmətlərdən istifadə edərək xidmət haqları, borc məbləğləri, sənədin icraatı və s. barədə məlumat almaq mümkündür. Yerdə qalan 7 interaktiv xidmətdən 5-i üzrə elektron müraciət etmək mümkündür.

Dəyirmi masanın açılışını Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva etdi. O, fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində şəffaflığın və hesabatlılığın artırlması üçün hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildirdi.

Tədbirdə hüquqşünas Hafiz Həsənov “Fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda  vəziyyətin təhlili ilə yanaşı, həm də fərdi yaşayış evlərinin tikintisi, istismarı və qeydiyyatı sahəsində qaydaların daha da təkmilləşdirilməsi üçün tövsiyələrini söyləydi. Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra Azərbaycanda daşınmaz əmlakla bağlı bir dinamika müşühidə olunduğunu qeyd etdi. Həmçinin Həsənov bu sahəyə ictimai nəzarətin zəif olmasını və bunun xeyli dərəcədə gücləndirilməsinə ehtiyac olduğunu söylədi.

Sonra Şəffaflıq Azərbaycan təşkilatının Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi layihəsinin koordinatoru Məhəmməd Muradov fərdi evlərin qeydiyyatında şəffaflığın təminatı və əhaliyə göstərilən elektron xidmət səviyyəsinin artırılması ilə bağlı təklifləri iştirakçılara çatdırdı. Məruzəçi qeyd etdi ki, bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Azərbaycanda 500000-ə yaxın qeydiyyatsız evlər var. Bu problem həll edilərsə həm vətəndaşların iqtisadi, social durumu yaxşılaşar, həm də hökumətə vergi ödənilər.

Daha sonra ƏMDK-nın nümayəndəsi Elşad Məmmədov tədbirin əhəmiyyətini, ictimai fikri öyrənməyin onlar üçün çox əhəmiyyətli olduğunu qeyd etdi. O, söylənilən fikirlərə aydınlıq gətirdi və bəzi problemlərin mütamadi təkmillşdirilməyə ehtiyacı  olduğunu vurğuladı. Hüquqi ünvanla, fiziki ünvanda olan uyğunsuzluğun hökumət üçün müəyyən  problemlər yaratdığını qeyd edən məruzəçi bu sahədə olan problemlər və yaranan suallar barədə  “148” qaynar xəttinə müraciət etmək lazım olduğunu xatırlatdı.

Qeyd edilənlərlə əlaqədar olaraq Şəffaflıq Azərbaycan təşkilatı tərəfindən hazırlanmış tövsiyələr paketi vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən təkliflərlə birgə müvafiq dövlət qurumuna təqdim edildi.

Tədbir müzakirələrlə davam etdi.