Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Elektron Hökumət” portalında “Fikir bankı”na yeni funksionallıqlar əlavə edilib

2570
Mətni çap edin Mətni kopyala t1 t0 t2

İnformasiya cəmiyyətinin əsas elementlərindən olan “Elektron Hökumət” in yaradılmasında əsas məqsəd internet və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə dövlət qurumlarının vətəndaşlara göstərdikləri xidmətlərin səviyyəsini yüksəltmək, dövlət informasiya resurslarına girişi sadələşdirmək, cəmiyyətin bütün təbəqələrinin dövlət idarəçiliyində aktiv iştirakını təmin etmək və bununla da idarəçiliyin səmərəliliyini artırmağa nail olmaqdır. “Elektron Hökumət” portalı üzərindən heç olmasa bir dəfə hər hansısa elektron xidmətdən yararlanan istifadəçi prosesin sadə, rahat, şəffaf olmasını məmnuniyyətlə qarşılayır. “Bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət qurumlarının göstərdiyi elektron xidmətləri özündə birləşdirən “Elektron Hökumət” portalının formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və  vətəndaşların istifadə rahatlığını təmin etmək üçün daim yenilənir.

Bu məqsədlə artıq iki ildir ki, "Elektron Hökumət" portalında “E-gov Fikir bankı” adlı xidmət  fəaliyyət göstərir. İinternet istifadəçisi olan hər bir şəxs portalın ana səhifəsində yerləşdirilmiş  “Fikir bankı”na daxil olmaqla (https://www.e-gov.az/teklifler/) “Elektron Hökumət”ə aid istədiyi təklifi daxil edə bilir. Vətəndaşın verdiyi ideya və təkliflər portalın inzibatçıları tərəfindən dəqiqləşdirilib təsdiqlənir. Bundan sonra təklif portalda əks olunur və təsdiqlənmiş təklifi digər istifadəçilər də görə bilirlər.

"Elektron Hökumət" quruculuğu üzrə təkliflərin, ideyaların göndərilməsi məqsədilə 2013-cü ilin noyabrında yaradılmış "Fikir bankı"na yeni funksionallıqlar əlavə edilib. Belə ki,  “Fikir bankı”nda  təklifi görən istifadəçilər üçün  “bəyəndim” və “bəyənmədim” adlı sadəcə iki düymə mövcud idi.  Bu düymələrin üzərinə vurmaqla  portaldan istifadə edən digər vətəndaşların münasibətini öyrənmək mümkün idi. Hazırda  isə atrtıq 3-cü düymənin fikir bankına əlavə edilməsi ilə vətəndaşlar xidmətin alt hissəsində olan şərh bölməsindən istifadə edərək “Fikir bankı”nda toplanmış təkliflərə öz münasibətlərini bildirə bilərlər. Yeni yaradılmış funksionallıqlardan biri də istifadəçilər tərəfindən təklif və rəylərin videoya çəkilərək “Fikir bankı”na göndərilə bilməsidir. Həmçinin, “ən son əlavə olunanlar”, “ən reytinqlilər” kimi iki düymə də var ki, bununla da istifadəçilər ən çox bəyənilən ideyanı müəyyənləşdirə bilərlər. Məsələn, hazırda ən çox reytiq toplayan “Vətəndaşın adına olan bütün kredit ödənişlərinin, cərimələrin, kommunal ödəmələrin Elektron Hökümət tərəfindən təqdim olunan "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətində əks olunması” təklifi 11729 dəfə bəyənilib.

Ən çox təklif olunan isə “Mərkəzi Bankın kredit reyestr xidmətinin fərdi qaydada portalda yerlesdirilməsi” xidmətidir. Vətəndaslar kredit tarixcələri ilə bağlı məlumatları banka  müraciət etmədən portal vasitəsilə əldə etmək və nəzarət etmək istəyirlər.

“Fikir Bankı” vasitəsilə istifadəçilər tərəfindən təklif olunan aşağıdakı xidmətlər isə artıq reallaşdırılıb.

* Diplom haqqında arayış

*Portalda “Mənim Xidmətlərim” bölməsinin yaradılması

*Yaşayış yeri haqqında arayış

*Tibbi müayinə kartının onlayn sifarişi

və s.

“Elektron Hökumət” portalının daha da təkmilləşdirilməsinə maraq göstərən internet istifadəçiləri “Fikir bankı” vasitəsilə təklif göndərmək üçün şəxsiyyət vəsiqəsi və ya “Facebook” hesabı ilə autentifikasiyadan keçməlidirlər.

Qeyd edək ki, “Elektron Hökumət” portalında “Fikir bankı”ndan başqa, “Əks əlaqə”, “Onlayn konsultasiya” xiudmətləri də fəaliyyət göstərir və bu xidmətlərin yaradılmasında məqsəd istifadəçilərin “Elektron Hökumət”,  elektron xidmətlərlə bağlı irad, rəy və təkliflərini öyrənmək və dəyərləndirməkdir.