Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Xaricdə təhsil alan tələbələrimiz Azərbaycanın "Elektron Hökumət" modeli barədə diplom işi yazırlar

2015
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq çox sayda Azərbaycan gəncləri xarici ölkələrdə təhsil alırlar. Təhsil müddəti başa çatdıqdan sonra dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu univerisitetlərində dövlət hesabına təhsil alan bu gənclər yüksək ixtisaslı  mütəxəsis kimi ölkəmizdə fəaliyyət göstərəcəklər və ölkənin hər bir sahədə inkişafına öz töhfələrini verəcəklər. Elə bu məqsədlə də tələbələr öz ixtisaslarına, maraq dairələrinə uyğun olaraq yay istehsalat təcrübəsini keçmək üçün müvafiq qurumlara üz tuturlar və  “Elektron Hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzində  də təcrübə keçən yerli tələbələrlə yanaşı, xaricdə təhsil alan tələbələrimiz də var.

Respublikamız üçün  həm ictimai,  həm də iqtisadi  əhəmiyyət daşıyan elektronlaşma dinamik şəkildə inkşaf edir və bu sahə daima ölkə rəhbərliyinin diqqətindədir. Bu da bir faktdır ki, ölkənin sürətli  elektronlaşması üçün İKT sahəsində yüksək ixtisaslı mütəxəssislərlə yanaşı, vətəndaşların da bu sahədə kifayət qədər savadlı və aktiv olması vacibdir. Bu məqsədlə də ölkəmizdə və xaricdə  bu sahə ürzə yüksək ixtisaslı kadrların hazırlığına başlanılıb. Bu sahəyə yüksək texniki bilik və bacarıqları olan mütəxəssislərlə yanaşı savadlı menecerlər, elektron hökumətin fəaliyyətinə dair plan və konsepsiyalar hazırlaya bilən, qərar qəbuletmə üçün geniş biliklərə və kreativ düşüncəyə malik gənclər yetişir. Eyni zamanda fəaliyyət göstərən  bir sıra təlim mərkəzləri ilə  strateji əməkdaşlıqlar inkşaf etdirilir.

Sevindirici haldır ki, xaricdə təhsil alan bir sıra tələbələrimiz dünyada və Azərbaycanda “Elektron Hökuməti”lə bağlı araşdırmalar aparıb və bu araşdırmalarının nəticəsi olaraq bir neçə tələbə Azərbaycanın "Elektron Hökumət" modeli barədə diplom işi yazırlar. Əlbəttə,  Elektron Hökumət” portalının operatoru olaraq, MHM tərəfindən tələbələrin bu təşəbbüsü yüksək qiymətləndirilib və Azərbaycanın "Elektron Hökumət" modeli ilə bağlı  tələbələrin cavab almaq istədikləri bütün suallar ətraflı cavablandırıb və onlara lazımi məlumatlar verilib.

Ölkəmizdə  “Elektron Hökumət” portalını dinamik inkişaf etdirmək, qurumlar tərəfindən göstərilən bütün xidmətlərin elektronlaşdırılması və onlardan istifadənin daha da asanlaşdırılması, hüquqi bazanın təkmilləşdirilməsi, informasiya təhlükəsizliyini möhkəmləndirmək, vahid informasiya fəzası yaratmaq, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinə və şəffaflığına nail olmaq, bürokratik halları aradan qaldırmaqla "hökumət-vətəndaş" münasibətlərini yeni müstəviyə keçirib, vətəndaş məmnunluğunu təmin etmək hazırda qarşıda duran əsas vəzifələrdəndir.

İnanırıq ki, "Elektron Hökumət" layihəsinin davamlı inkişafı üçün qarşıda duran və həll edilməsi vacib olan bir çox prioritet məsələlərdə xaricdə təhsil alan  tələbələrimizin də böyük xidmətləri olacaq.