Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" xidmətindən istifadə sayı artır

14087
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Gündəlik həyatda tez-tez tələb olunan müxtəlif növ arayışların əldə olunmasına sərf etdiyimiz vaxt və enerji hamımıza məlumdur. Elə bu səbəbdən, artıq bir ildir ki, "Elektron Hökumət" portalı müxtəlif növ arayışların portal üzərindən formalaşdırılmasını, çap edilməsini, həmçinin, elektron şəkildə aidiyyatı quruma göndərilməni mümkün etmişdir.

"Elektron hökumət" portalı tərəfindən təqdim edilən “Elektron arayışlar” xidməti vətəndaşlar tərəfindən ən çox istifadə edilən xidmətlərdəndir. Bu da təsadüfi deyil, çünki hər bir addımda vətəndaşlardan müxtəlif növ arayışlar tələb olunur. Bu isə vətəndaşın əlavə vaxt itkisi, müxtəlif bürokratik, neqativ  və sair problemlərlə qarşılaşması deməkdir.

Bu ilin aprel ayında MHM ilə TQDK-nın birgə səyləri nəticəsində "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" e-xidməti istifadəyə verilib və artıq vətəndaşlar təhsil aldıqları ali və orta ixtisas təhsili barədə e-arayışı "Elektron Hökumət" portalından asanlıqla əldə edə bilirlər. Vətəndaş portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olduqda avtomatik olaraq formalaşan e-arayışda aşağıdakı məlumatar öz əksini tapır:

  • * Vətənadşın soyadı, adı və ata adı
  • * Vətəndaşın doğum tarixi və qəbul olduğu tədris ili
  • * Qəbul üçün əsas
  • * Təhsil müəssisəsinin adı
  • * Təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması barədə məlumat
  • * Təhsil səviyyəsi
  • * İxtisasın şifri, adı və təhsilalma forması
  • * Təhsil üzrə cari vəziyyət
  • * Diplomum seriya, nömrəsi və qeydiyyat nömrəsi
  • * Diplomun verilməsi haqqında əmrin tarixi
  • * Diplomun növü

Qeyd edirik ki, "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olan məlumatlar əsasən 1992-ci ildən hazıradək olan dövrü əhatə edir. TQDK tərəfindən elektron ərizə qəbulu 2008-ci ildən etibarən həyata keçirilir və həmin ildən başlayaraq, demək olar ki, bütün məlumatlar tam şəkildə FİN-ə (Fərdi İdentifikasiya Nömrəsi) uyğunlaşdırılıb. 2001-ci ildən 2008-ci ilə qədər dövr üzrə məlumatlar isə soyad, ad və ünvan üzrə Daxili İşlər Nazirliyinin "Giriş-cıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi ilə üzləşdirilib və tapılan FİN-lər sistemə əlavə edilib. Buna görə də 1992-2008-ci illər üzrə FİN-ə görə bəzi məlumatlar tapılmaya bilər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunan "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" xidmətindən iyul ərzində 585 dəfə istifadə olunmuşdur.