Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron xidmətlər artıq hər birimizin gündəlik yaşam tərzinə çevrilməkdədir...

3648
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Artıq 3 ildir ki, "Elektron Hökumət" portalı vətəndaşlara xidmət etməkdədir. Fəaliyyətinə 50 e-xidmətlə başlayan portal üzərindən bu gün vətəndaşlara 409 elektron xidmət təqdim olunur.

Portaldakı e-xidmətlərdən istifadə zamanı yarana biləcək sualların qurumlara vaxtında ötürülməsini təmin etmək məqsədilə bir neçə servis yaradılmışdır. Belə ki, portal üzərindən əks əlaqəni təmin edən "Əks Əlaqə" "Online Konsultasiya", həmçinin "Fikir Bankı" "Mənim xidmətlərim" servisləri portal istifadəçiləri tərəfindən geniş istifadə olunur və yüksək qiymətləndirilir.

Ötən 3 il ərzində "Elektron Hökumət" portalının dünyanın inkişaf etmiş, demokratik ölkələrinin təcrübələrinin tətbiqi əsasında görünən sürətli inkişafı həm də e-xidmətlərdən istifadənin artması ilə təsdiqlənir.  Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş sosial xidmətləri "bir pəncərə" prinsipi əsasında vahid məkanda toplayan "Elektron Hökumət" portalı artıq bu gün vətəndaşların təqdim etməli olduqları bir çox kağız üzərində olan sənədlərin elektron ekvivalentini təmin edir. Hazırda portal üzərindən iş, yaşayış yerindən arayışlar, habelə, təhsil və şəxsin fərdi məlumatları üzrə arayışlar və sair  elektron şəkildə təqdim olunur.

Cari statistikaya əsasən, "Elektron Hökumət" portalının istifadəçi sayı artıq 2,3 milyonu keçib və həmin şəxslər 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə ediblər. Təkcə son bir ay ərzində e-xidmətlərə 1,4 milyon dəfədən çox müraciət qeydə alınmışdır. Cari statistika portalın ictimai əhəmiyyətini təsdiq edir və vətəndaşların gündəlik tələbatlarının ödənilməsi məqsədilə qarşıya qoyulan hədəflərin böyük bir qisminin həyata keçirildiyini göstərir.

Bu gün biznes sahələrinin işinin səmərəli təşkili üçün "Elektron Hökumət"in inkişafının mühüm əhəmiyyəti var. Hazırda, portal üzərindən vətəndaşlara təqdim olunan sosial xidmətlərin sırasında lisenziya və sertifikatların alınması üçün onlayn müraciət, şəxsi biznesin onlayn qeydiyyatı, onlayn vergi bildirişlərinin göndərilməsi və onlayn ödənişlərin təşkili xidmətləri mövcuddur. Demək olar ki,  müəssisələr kadrların qeydiyyatından tutmuş müxtəlif icazələrin alınması, vergi və gömrük xidmətlərin icrasını və s. onlayn şəkildə portal üzərindən yerinə yetirə bilərlər.

Bununla yanaşı, hökumət məlumatlarının açıq edildiyi data.gov.az portalı üzərindən təqdim olunan açıq informasiya bazaları vasitəsilə mobil və veb əlavələrin tərtibatı üzrə yeni biznes sahələri də yaradıla bilər.

"Elektron Hökumət" portalı vasitəsilə bu gün təhsilin səmərəli təşkili də mümkün olmuşdur.  Artıq vətəndaşlar Təhsil Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərdən faydalanmağa çalışır, tələbə qəbulu üzrə isə demək olar ki, bütün prosedurlar onlayn rejimdə portal üzərindən icra olunur.

"Elektron Hökumət"in inkişafı  üzrə ən vacib məsələlərdən biri e-xidmətlərin istismarıdır. Bu gün təqdim olunan e-xidmətlər üzrə ictimai marağın formalaşdırılması və sosial tələbin yaradılması məqsədilə bir sıra maarifləndirici, motivasiyaedici tədbirlərin həyata keçirilməsi portalın operatoru olaraq, RYTN MHM-in gündəmində olan prioritet məsələlərdəndir. Ötən dövr ərzində həyata keçirilmiş belə tədbirlərin maarifləndirici rolu göz önündədir.

Vacib olan digər bir məsələ qurumlararası qarşılıqlı informasiya mübadiləsinin təşkilidir. Dövlət Reyestrlərinin operatoru olaraq Məlumat Hesablama Mərkəzi dövlət informasiya ehtiyatlarının və sistemlərinin Reyestrlərdə qeydiyyatını aparır və mütəmadi olaraq qurumların mülkiyyətində olan informasiya sistemlərinin monitorinqini həyata keçirir. Hesab edirik ki, bütün informasiya sistemlərinin təkmilləşdirilməsi, FİN-ə uyğunlaşdırılması, vahid identifikatorun müəyyənləşdirilməsi gələcəkdə portal üzərindən qurumlar arasında informasiya mübadiləsinin daha innovativ təşkilini mümkün edəcəkdir.

Artıq birmənalı şəkildə söyləmək olar ki, e-xidmət istifadəçisi kimi hər bir vətəndaş milli "Elektron Hökumət" quruculuğunun iştirakçısıdır və elektron xidmətlər hər birimizin gündəlik yaşam tərzinə çevrilməkdədir.

Bu sahədə həyata keçirilən bütün fəaliyyətlər ictimai rifah və sosial tərəqqiyə hədəflənmişdir və rəqəmsal dünyanın bir hissəsi kimi Azərbaycan Respublikası keyfiyyətli elektron xidmət mühiti yaratmaqla ölkənin rəqabət gücünü bütün sahələrdə daha da möhkəmləndirir.